Dante Qabriel Rossetti (, ) — italyan əsilli ingilis şairi, tərcüməçisi, illustrator və rəssamı. O, Uilyam Holman Hant və Con Everett Mille ilə birgə prerafaelitlər cərəyanının əsasını qoymuş, sonradan cərəyanın əsas fiquru kimi, bu cərəyanın təsiri ilə yaradan Uilyam Morris və Edvard Börn-Cons kimi sənətkarların yaradıcılığına ciddi təsir göstərmişdir. Onun yaradıcılığı həmçinin Avropa simvolistləri və estetiklərinin yaradıcılığına da təsir göstərmişdir.
Romantiklik və orta əsr intibahının xüsusiyyətləri Rossetti yaradıcılığına özünəməxsus keyfiyyət qazandırmışdır. Poeziyasının erkən dövründə, Con Kitsdən təsirlənmişdir. Poeziyasının sonrakı dövrü üçün hisslər və düşüncələrin qarşılıqlı əlaqələri xaraketrikdir ki, bunu da şairin "Həyat evi" () sonetində görmək mümkündür. Rossettinin yaradıcılığında poeziya və təsvir bir-biri ilə əlaqəli şəkildə inkişaf edir; o tez-tez, rəsmlərini müşayiət etmək üçün sonetlər yazır, həmçinin bacısı Kristina Rossettinin "Qoblin Market" poemasında olduğu kimi, əsərləri təsvir edən illüstrasiyalar çəkirdi.
Rossettinin şəxsi həyatı da yaradıcılığı ilə bağlı olmuş, modelləri və muzaları Elizabet Siddal, Fanni Kornfort və Ceyn Byordenlə münasibət qurmuşdur.
Həyatı right|thumb|180px|Uilyam Holman Hant-22 yaşlı Dante Qabriel Rossettinin portreti
Uşaqlığı və gəncliyi Dante Qabriel Rossetti ziyalı ailəsində anadan olmuşdur. Onun atası Qabriel Rossetti Neapolda Burbon muzeyində işləyirdi və 1820-ci il üsyanında iştirak etmiş karbonarilər cəmiyyətinə məxsus idi. Kral Ferdinandın xəyanəti nəticəsində bu üsyan Avstriya qoşunları tərəfindən yatırıldıqdan sonra o 1821-ci ildə Londona qaçmış və və nüfuzlu King’s Kollecində italyan dili professoru kimi çalışmağa başlamışdı. Sərbəst vaxtlarında o Dante Aligyeriyə şərhlər tərtib etməklə məşğul olurdu. left|thumb|160px|Şairin "16 Cheyne Walk" ünvanında yerləşən mənzili. Ailədə Dante Aligyeriyə pərəstiş hökm sürürdü və Rossettiyə də Dante adını onun şərəfinə vermişdilər. Rossettinin atası "İlahi komediya"ya analitik şərhlər" kitabını dərc etmişdi. Bu sevgi övladlara da keçir: Rossettinin böyük bacısı Mariya Françeska "Dantenin kölgəsi" kitabını yazmışdı. Rossettinin digər bacısı Kristina məşhur ingilis şairəsinə çevrildi, kiçik qardaşları Uilyam Maykl məşhur tənqidçi və həm də, qardaşının bioqrafı idi.
Rossettinin anası Frensis Meri Laviniya Polidori-RossettidirЛоранс де Кар. Прерафаэлиты: модернизм по-английски / Пер. с англ. Ю. Эйделькинд. — М.: Астрель, 2003, стр.14.
9 yaşından London King’s Kollecində ümumi təhsil alan Rossetti 16 yaşında rəsm məktəbinə daxil olur. Onun ilk müəllimi D. S. Kotmen idi, 1841-ci ildə o Henri Sassın Blumsbarridəki Rəssamlıq Akademiyasına daxil olur. 1846-cı ildə o Kral İncəsənət Akademiyasının tələbəsinə çevrilir. 1848-ci ilin martında Ford Medoks Braunun, ədəbiyyatı sevən rəssam romantikin yanında təhsil alırdı. Rossettinin yağlı boya texnikasının təkmilləşdirilməsində Holmen Hantın da böyük rolu olmuşdur.
Gənc Rossettini "səbrli, lakin ehtiraslı və xarizmatik"Treuherz, Julian, Prettejohn, Elizabeth, and Becker, Edwin (2003). Dante Gabriel Rossetti. London: Thames & Hudson, p. 19. və eyni zamanda, "istiqanlı, poetik və köməksiz"Hilton, Timoth (1970). The Pre-Raphelites. London: Thames and Hudson, New York: Abrams, p.26 birisi kimi xarakterizə edirdilər.
Elizabet Siddal thumb|left|180px|Elizabet Siddal Rossetinin həyatında və yaradıcılığında böyük iz buraxmış xanım Elizabet "Lizzi" SiddaldırЛанди Э. "Тайная жизнь великих художников", М. 2011, ISBN 978-5-98697-228-2. стр. 110.
Elizabet sadə fəhlə ailəsindən idi və onu incəsənət aləminə rəssam Volter Deverell gətirmişdiЛоранс де Кар. Прерафаэлиты: модернизм по-английски / Пер. с англ. Ю. Эйделькинд. — М.: Астрель, 2003, стр.42. Elizabet Deverellin Uilyam Şekspirin motivləri əsasında çəkdiyi "On ikinci gecə" tablosu üçün poza verməli idi. O Elizabeti Viola, özünü darıxan hersoq Orsino, Rossettini isə təlxək qismində təsvir etmişdi. Təəssüf ki, gənc rəssam Deverell 27 yaşında böyrək xəstəliyindən vəfat edir. Rossetti onun sonuncu tablosunu tamamlayır ki, tablonu sataraq rəssamın ailəsinə kömək etsin. Deverell Elizabeti sevirdi, lakin Elizabet Rossettini seçdi. O bütün prerafaelitlərin muzasına çevrildi: Millesin və yəqin ki bütün cərəyanın ən məşhur tablosu sayılan "Ofeliya"da da Elizabet təsvir olunmuşdur.
Elizabet tək ilham pərisi olmaqla kifayətlənmirdi. O da fırçanı əlinə götürdü və prerafaelitlərin 1857-ci ildə keçirilən sərgisində iştirak edən yeganə qadın-rəssam Elizabet Siddal idi.
Rossettinin həyat yoldaşı, şagirdi və modeli olmuş bu xanım onların tanışlığı zamanı artıq vərəm xəstəsi idi. Onlar on il birlikdə yaşasalar da, ancaq 23 may 1860-cı ildə evlənmişdilər. 1861-ci ilin mayında Lizzi ölü uşaq dünyaya gətirəndən sonra onun səhhəti daha da pisləşdi və o böyük dozalarda laudanum qəbul etməyə başladı. Melanxolik vərəm xəstəsi olan Lizzi 11 fevral 1862-ci ildə laudanumun böyük dozasının qəbul edilməsindən vəfat etdi. Bəzi versiyalara görə, bu intihar idi. thumb|160px|"Aleksa Uayldinq" Dante Rossettinin rəsmi (1879) Elizabeti çox sevən Rossettiyə onun ölümü pis təsir etdi. O dərdini unutmaq üçün daha çox işləməyə başladı. Elizabet dəfn edilərkən Rossetti bir çox poemalarının əlyazmalarını da dəfn etmişdi. 1870-ci ildə isə o ilk şerlər toplusunu dərc etdirmək qərarına gələndə Elizabetin qəbrini açdıraraq əlyazmaları götürməyə razılıq ala bildi.
1871-ci ildə Rossetti dostu Uilyam Morrisin həyat yoldaşı Ceynə vuruldu və onlar məşuq oldular.
Həyatının son illəri Elizabetin ölümündən sonra Rossetti Londonun Çelsi rayonunda yerləşən Tüdor hausa köçür və qeyri-adi həyat tərzi keçirməyə başlayır: ekzotik heyvanlar, spirtli içkilər və narkotik maddələr ("viski və xlorhidrat") rəssamın gündəminə çevrilirЛоранс де Кар. Прерафаэлиты: модернизм по-английски / Пер. с англ. Ю. Эйделькинд. — М.: Астрель, 2003, стр.77Todd, Pamela (2001). Pre-Raphaelites at Home, New York: Watson-Giptill Publications, p.128–129.
Spirtli içkilərin və narkotik maddələrin təsiri nəticəsində onun görmə qabiliyyəti zəifləyir, yuxusuzluq və şizofreniya əlamətləri özünü büruzə verir.
1872-ci ildə Rossetti intihara cəhd edərək bir şüşə opium tutması içir. O sağ qalır, lakin ağlını itirir. Faciəli həyatına baxmayaraq, Rossetti işləməyə və yazmağa davam edir, həm poeziyada, həm də rəssamlıqda onun ardıclıları meydana gəlir.
1881-ci ildə hallüsinasiyalardan və iflicdən əziyyət çəkən Rossettini Berçinqton on Si dəniz kurortuna gətirirlər. 9 aprel 1882-ci ildə Rossetti burada vəfat edir.
Yaradıcılığı
İlk illər thumb|right|200px|"Avtoportret", Rossetti, 1847 Rossetti artıq 5 yaşında dram, 13 yaşında povest yazmışdı, 15 yaşında isə artıq dərc olunurdu
1848-ci ildə Kral Incəsənət Akademiyasının sərgisində Rossetti Uilyam Holmen Hantla tanış oldu. Hant Rossettiyə "Bakirə Məryəmin uşaqlığı" tablosunu tamamlamağa kömək edir və 1849-cu ildə həmin tablo Hayd Parkda açıq sərgiyə çıxarılır. Hant Rossettini Con Everett Milles ilə tanış edir. 1848-ci ilin sentyabrın əvvəlində Con Everett Millesin Londonun Blumsberri məhəlləsində yerləşən emalatxanasında altı gənc rəssam və bir yazıçı toplaşaraq tənqidçi Con Reskin yazmışkən özlərinə "uğursuz və bir qədər gülməli" ad seçdilər- "Prerafaelitlər qardaşlığı" (Niyə məhz bu adın seçilməsi ilə bağlı bir fərziyyəyə görə, Hant və Milles Rafael Santinin bir tablosunu tənqid edərkən orada olan tələbələrdən biri demişdi:"Onda siz prerafaelitsiz")Лоранс де Кар. Прерафаэлиты: модернизм по-английски / Пер. с англ. Ю. Эйделькинд. — М.: Астрель, 2003, стр.22. Bu qrupa faktiki olaraq üç nəfər rəhbərlik edirdi: Con Everett Milles (1829–1896), Uilyam Holman Hant (1827–1910) və Dante Qabriel Rossetti (1828–1882)Лоранс де Кар. Прерафаэлиты: модернизм по-английски / Пер. с англ. Ю. Эйделькинд. — М.: Астрель, 2003, стр.13. Bu şəxslər və formal olaraq qardaşlığa daxil olmasa da, onun ideyalarını bölüşdürən Ford Medoks Braun 1850-ci illərin ortalarınadək Prerafaelitlər Qardaşlığının liderləri sayılırdılarАнна Познанская. Выставка которую ждали сто лет//Журнал "Третьяковская Галерея", № 2 2013(39), стр.43. İctimai zövqlərə meydan oxuyan bu üçlük öz manifestini tərtib edib özlərinin "The Germ" jurnalında yayırMarsh, Jan (1996). The Pre-Raphaelites: Their Lives in Letters and Diaries. London: Collins & Brown, p. 21.. Lakin bu jurnalın davamlı nəşri baş tutmur. Belə ki, jurnalın 1850-ci ilin yanvar-aprel aylarında cəmi dörd nömrəsi nəşr edilirЛоранс де Кар. Прерафаэлиты: модернизм по-английски / Пер. с англ. Ю. Эйделькинд. — М.: Астрель, 2003, стр.29. left|thumb|220px|"Bakirə Məryəmin uşaqlığı", 1849Modellər: Anasını Müq. Anna, bacısı Rozettanı isə bakirə Məryəm obrazında çəkmişdir. Rossettinin yağlı boya ilə çəkdiyi ilk iri tablolar prerafaelit hərəkatının ilkin dövlərindəki tendensiyaları nümayiş etdirir. Onun "Bakirə Məryəmin uşaqlığı" (1849) və "Müjdə" (1850) tabloları tablolarında Mariya yeniyetmə qız kimi təsvir edilir. Uilyam Bell Skott "Bakirə Məryəmin uşaqlığı" tablosunun Hantın studiyasında çəkilmə prosesini görmüş və Rossettinin texnikası haqqında yazmışdı: "O yağlı boya ilə akvarel fırçasından istifadə etməklə ağardılıb hamarlaşdırılmış kətan üzərində elə incə çəkirdi ki, sanki akvarel çəkir. Hər bir çalar şəffaf alınırdı. Mən dərhal gördüm ki, o klassik texnikadan xəbərsizdir və ancaq estetik motivdən çıxış edir. Onların hər ikisində dahiliklə diletantlığın harmoniyası məni bir anlıq sükuta qərq etdi və marağımı oyatdı"Marsh, Jan (1996). The Pre-Raphaelites: Their Lives in Letters and Diaries. London: Collins & Brown, p. 17..
Rossettinin ikinci iri tablosu olan "Müjdə" o illərdə prerafaelitləri "müşayiət" edən isterik tənqidlə qarşılaşdıЛоранс де Кар. Прерафаэлиты: модернизм по-английски / Пер. с англ. Ю. Эйделькинд. — М.: Астрель, 2003, стр.30–31 və bu tənqiddən inciyən rəssam akvarel texnikasına qayıtdı. Daha sonra, o tənqidçi Reskinin dəstəyini qazansa da, sərgilərdə nadir hallarda iştirak edirdiTreuherz, Julian, Prettejohn, Elizabeth, and Becker, Edwin (2003). Dante Gabriel Rossetti. London: Thames & Hudson, p. 22..
1850-ci ildə Rossetti "Səma rəfiqəsi" (ing. The blessed damozel) adlanan ilk şerini dərc etdirir. O bu şeri Edqar Allan Ponun "Qarğa" şerinin təsiri altında yazmışdı. Rossettinin digər şerlərinin əksəriyyəti XIX əsrin 60-cı-70-ci illərində yazılmışdı və 1881-ci ildə "Balladalar və sonetlər" (ing. Ballads and sonnets) ümumi başlığı altında dərc edilmişdi.
1854–1858-ci illərdə cəmiyyətin aşağı siniflərindən olan gənclər üçün yaradılmış ilk təhsil müəssisəsində rəsmdən dərs deyirdi. O müəllimliyi buraxanda onu bu vəzifədə Ford Medoks Braun əvəz etmişdiЛоранс де Кар. Прерафаэлиты: модернизм по-английски / Пер. с англ. Ю. Эйделькинд. — М.: Астрель, 2003, стр.51.
Rossetti bir tədqiqatçı kimi orta əsrlər dövrünə və həmin dövrə aid italyan ədəbiyyatına maraq göstərirdi. Onun yazdığı ilk kitabın mövzusu da köhnə italyan şairləri (The Early Italian Poets, 1861) idi. Bu kitabda Dante Aliqyeri və digər şairlərin şerlərindən tərcümələr yer almışdı.
1854-cü ildə Rossetti tənqidçi Con Reskinlə dostlaşır. Bu dostluq ictimaiyyətin diqqətini Prerafaelitlər Qardaşlığına cəlb edir. 1855–1856-cı illərdə Rossetti şair Robert Brauninqlə, 1856-cı ildə Edvard Kouli Bern-Cons və Uilyam Morrislə tanış olur və onun ədəbiyyat və incəsənət sahəsində öz ideyalarını təbliğ etmək üçün yaratdığı "Oksford və Kembridc jurnalı"nın (ing."Oxford and Cambridge Magazine") müəlliflərindən birinə çevrilirDictionary of National Biography (1901), "William Morris". Rossettinin beş illüstrasiyası Tennisonun "Poemaları"nın 1857-ci il nəşrinə daxil edilir.
1858-ci ildə Rossetti Medoks Braun və başqaları ilə birlikdə sərgi və sosial icma olan "Hoqart Klubu"nu yaradırЛоранс де Кар. Прерафаэлиты: модернизм по-английски / Пер. с англ. Ю. Эйделькинд. — М.: Астрель, 2003, стр.67.