Pronya — Rusiya Federasiyasının Ryazan və Tula vilayətlərində çay. Oka çayının sağ qolu. Uzunluğu 336 km, hövzəsinin sahəsi 10.2 min km²-dir. Orta Rusiya yüksəkliyinin şimal-şərq yamaclarında başlanır. Əsasən qar suları ilə qidalanır. Noyabrdan mayadək donmuş olur. Aşağı axınında gəmiçiliyə yararlıdır.

Mənbə ASE, VIII cild, Bakı, 1984-cü il, səh. 25

İstinadlar

Kateqoriya:Rusiya çayları