Çolpı — Azərbaycan Respublikasının Saatlı rayonunun Çolpı kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Azərbaycan Respublikasının 17 iyun 2003-cü il tarixli Qanunu ilə Saatlı rayonu üzrə Xanlarkənd (indiki Nabatkənd kəndi) kənd inzibati ərazi dairəsinin tərkibində faktik mövcud olan ərazi vahidi Çolpı kəndi adlandırılması və rayonun ərazi vahidləri siyahısına daxil edməsi qərara alınmışdı.
Azərbaycan Respublikasının 9 yanvar 2004-cü il tarixli Qanunu ilə Saatlı rayonu üzrə Çolpı kəndi Xanlarkənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Çolpı kənd inzibati ərazi vahidi yaradılması qərara alınmışdı.
Əhalisi Əhalisinin sayı 2024 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
Din Kənddə "İmam Əli" məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR - 2017-ci ildə qeydiyyatdan keçənlər . scwra.gov.az
İstinadlar
Kateqoriya:Saatlı rayonunun kəndləri