İlyas Abbas oğlu İsmayılov () — Azərbaycan dövlət və ictimai-siyasi xadimi. Azərbaycan SSR Prokuroru və Azərbaycan Respublikasının ədliyyə naziri. Hüquq elmləri doktoru, Professor. Eks-millət vəkili. Ədalət Partiyasının sədri (2001–2025).
Həyatı İsmayılov İlyas Abbas oğlu 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub.
1955-ci ildə A. S Puşkin adına Tovuz şəhər orta məktəbini bitirib.1962-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1963-cü ildə Leninqrad Dövlət Universitetinin cinayət-hüquq kafedrası üzrə aspiranturaya daxil olub, 1966-cı ildə orada hüquq elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib.
1966-cı ildən 1970-ci ilədək Azərbaycan Elmlər Akademiyasının fəlsəfə və Hüquq İnstitutunun kiçik və baş elmi əməkdaşı işləyib, sonra 2 il respublika prokurorunun köməkçisi olub.
1972-ci ildən 1978-ci ilədək Azərbaycan KP MK-nın inzibati orqanlar şöbəsinin təlimatçısı olub. 1978-ci ildən 1985-ci ilədək respublika prokurorunun müavini, həmin vaxtdan 1990-cı ilə kimi Azərbaycan SSR Prokuroru olmuşdur.
1990-cı ilin sentyabrından 1992-ci ilin yanvarınadək Moskova prokurorluğunda şöbə rəisi vəzifəsində çalışıb.
Səkkiz monoqrafiya və kitabçanın, 200-dən artıq elmi və publisistik əsərin müəllifidir. 1992-ci ildən "Azərbaycan Respublikasında demokratik islahatlar uğrunda" ictimai hərəkata rəhbərlik edib.
2024-cü ilin sonlarında insult keçirib, reanimasiyaya yerləşdirilib. 2025-ci ilin yanvarında komaya düşüb.
2025-ci il fevralın 17-də vəfat edib. Nardaran qəbiristanlığında dəfn olunub.
Siyasi fəaliyyəti 30 mart 1996-cı ildə sabiq ədliyyə naziri İlyas İsmayılovun rəhbərlik etdiyi Ədalət Partiyası və Azərbaycan Demokrat Partiyası III Növbədənkənar (Birləşdirici) və IV (Birləşdirici) Qurultayda birləşmişdir. Birləşmiş partiyanın sədri İlyas İsmayılov seçilmişdir.
1993–1996-cı illərdə Azərbaycan parlamentlərinə rəhbərlik etmiş, hakim Yeni Azərbaycan Partiyası üzvü Rəsul Quliyev 11 sentyabr 1996-cı ildə Milli Məclisin sədri postundan istefa verərək Amerika Birləşmiş Ştatlarına köçmüşdü. 29 noyabr 1998-ci ildə keçirilən Azərbaycan Demokrat Partiyasının VI (Birləşdirici) Qurultay Səlahiyyətli Konfransında onun rəhbərlik etdiyi Beynəlxalq Demokratiya və Ekologiya Fondu və Aydın Quliyevin rəhbərlik etdiyi Demokratik Azərbaycan Partiyası Azərbaycan Demokrat Partiyasına birləşmişdir. Birləşmədən sonra partiyada həmsədrlik postu təsis edilmiş, İlyas İsmayılov və Rəsul Quliyev partiyanın həmsədrləri seçilmişdir.
5 noyabr 2000-ci il parlament seçkilərində həm majoritar, həm proporsional seçki sistemi üzrə seçkilərə qatılmış Azərbaycan Demokrat Partiyası uğur qazana bilmədi. 1 gün sonra, yəni 6 noyabr 2000-ci ildə partiyanın həmsədri İlyas İsmayılov və tərəfdarları Azərbaycan Demokrat Partiyasından istefa verdi. Onlar Ədalət Partiyasının bərpası üçün çalışmış və 2 iyul 2001-ci ildə bərpa qurultayı ilə partiyanı yenidən təsis etmişdirlər.
2006-cı il mayın 13-də 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin İnsan hüquqları daimi komissiyasının üzvü olmuşdur. Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-İtaliya, Azərbaycan-Latviya, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarınının və Avropa İttifaqı−Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvü olmuşdur.
Ailəsi Professor Zəkiyyə İsmayılova ilə ailə həyatı qurub, 2 oğlu var. Böyük oğlu Etimad İsmayılov Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini, Mətin isə Moskva Dövlət Universitetinin hüquq fakültəsini, Nyu-York və Kolumbiya Universitetlərini bitirib. Etimad Azərbaycan və Türkiyədə, Mətin isə ABŞ-də Nyu-York şəhərində çalışır.İlyas İsmayılov: iki övlad və 3 nəvə
Mükafatları "Xalqlar dostluğu" ordeni ilə təltif olunub.
Həmçinin bax Azərbaycan ədliyyə nazirlərinin siyahısı
İstinadlar
Xarici keçidlər Deputat İlyas İsmayılovla fotosöhbət
Kateqoriya:Azərbaycan SSR prokurorları Kateqoriya:Azərbaycan Respublikasının ədliyyə nazirləri Kateqoriya:Azərbaycan hüquqşünasları Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Azərbaycan Milli Məclisinin III çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan prezidentliyinə namizədlər Kateqoriya:Azərbaycan Demokrat Partiyasının sədrləri Kateqoriya:Azərbaycan SSR prokurorunun müavinləri Kateqoriya:SSRİ hüquqşünasları Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:XXI əsr hüquqşünasları Kateqoriya:Azərbaycan vəkilləri Kateqoriya:Azərbaycanın ədliyyə nazirləri