Lələdulan — Azərbaycan Respublikasının Lerik rayonunun Kirəvud kənd inzibati ərazi dairəsində kənd.Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
Əhalisi Əhalisi 226 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
Toponimiyası Tədqiqatçıların bir qismi oykonimi lələ (tərbiyəçi, dayə; yaşlı kişilərə hörmət mənasında müraciət forması) və dulan/dolan (monqol tayfalarından birinin adı) komponentlərinin birləşməsi hesab edərək, yaşayış məntəqəsinin Elxanilər dövründə (XIII–XIV əsrlər) Talış zonasına köçürülmüş monqol tayfalarının məskunlaşması nəticəsində yarandığını söyləyirlər. Bəzi tədqiqatçılar isə oykonimi Ləhdilon sözünün təhrif forması hesab edir və onu Lələ (ş.a.), di (kənd) və ion (yer) sözlərinin birləşməsi olaraq “Lələyə məxsus kənd yeri” kimi izah edirlər. Qeyd edək ki, lalə sözü talış dilində “ata” mənasında da işlənir.Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. II cild. Bakı, “Şərq-Qərb”, 2007, 304 səh.
Həmçinin bax
İstinadlar
Kateqoriya:Lerik rayonunun kəndləri Kateqoriya:Azərbaycanda monqol mənşəli yaşayış məntəqələri