Məhləabad — Azərbaycan Respublikasının Lerik rayonunun Kələxan kənd inzibati ərazi dairəsində kənd. 15 mart 2002-ci il tarixli 273-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Lerik rayonunun Məhləabad kəndi Qosmalyan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Kələxan kəndi mərkəz olmaqla Kələxan kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Əhalisi Əhalisi 69 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
Toponimiyası Oykonim məhlə (məhəllə, “kəndin bir hissəsi”) və abad (burada “kənd”) komponentlərindən düzəlib, “kəndin məhəlləsi, kəndin bir hissəsi” mənasındadır.
Coğrafiyası Kənd Kojavu çayının yuxarı axarında, dağətəyi ərazidə yerləşir.
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:Lerik rayonunun kəndləri