İkinci ingilis — holland müharibəsi (1665–67) — İngiltərə və Hollandiya arasında baş verən ikinci müharibə.

Döyüşlər İngiltərənin Şimali Amerikada holland müstəmləkəsi olan Yeni Amsterdamı zəbt etməsindən sonra başlandı. 24 yanvar 1665-ci ildə Hollandiya İngiltərəyə müharibə elan etdi. Fransa və(1666-cı ilin fevralından) Danimarka Hollandiyanın müttəfiqləri idi. 11 −14 iyun 1666-cı ildə Dünkerk yaxınlığında admiral Röyterin komandanlığı altında holland donanması ingilisləri darmadağın etdi. Lakin uğur möhkəmləndirilmədi. 4 −5 avqust 1666-cı ildə Nort -Forlend burnu yanında hollandlar məğlub oldular. 1667-ci ilin iyununda holland donanması Temzanın mənsəbini blokadaya aldı və ingilis gəmilərinin bir hissəsini məhv etdi. Birbaşa London üzərindəki təhlükə altında İngiltərə sülh sazişi bağlamağa məcbur oldu. 31 iyul 1667-ci il Bredsk sülhünə görə Yeni Amsterdam İngiltərəyə keçdi, Hollandiya isə müharibə vaxtı ingilislər tərəfindən alınan Cənubi Amerikadakı Surinamı aldı.

Mənbə Советская военная энциклопедия. Военное издательство Министерства обороны СССР. Москва-1976 год. Т.1

İstinadlar

Kateqoriya:İngiltərə tarixi Kateqoriya:Niderland tarixi Kateqoriya:Dənizçilik Kateqoriya:Hərb elmi Kateqoriya:Hərbi dəniz donanmaları Kateqoriya:XVII əsrin müharibələri Kateqoriya:Birləşmiş Krallığın müharibələri Kateqoriya:Afrika müharibələri Kateqoriya:Fransanın müharibələri