Bürcəli Əsgərov (tam adı: Bürcəli Veysal oğlu Əsgərov; ) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1982).

Həyatı Bürcəli 15 fevral 1933-cü ildə Borçalı bölgəsinin Qasımlı kəndində doğulub. Orta məktəbi 1951-ci ildə Körpülü kəndində bitirib. Bir il doğma kəndlərində kolxozda işləyib və 1952-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Tələbə vaxtlarından Akademik Milli Dram Teatrının yardım heyətinin tərkibində müxtəlif tamaşalarda kütləvi səhnələrdə çıxış edib.

Onun aktyor sənəti müəllimi Rza Təhmasib olub. 1956-cı ildə ali təhsilini başa vuran Bürcəli Əsgərov sentyabr ayının 12-də Akademik teatrın aktyor truppasına işə götürülüb. Həmin gündən indiyə qədər arada heç bir fasilə olmadan bu kollektivdə işləyir. O, teatrda rejissorlardan Ədil İsgəndərovun, Səftər Turabovun, Əliheydər Ələkbərovun, Nəsir Sadıqzadənin, Ələsgər Şərifovun, Tofiq Kazımovun, Əşrəf Quliyevin, Məmmədkamal Kazımovun, Fikrət Sultanovun, Azər Paşa Nemətovun, Mərahim Fərzəlibəyovun, Bəhram Osmanovun, Mehriban Ələkbərzadənin quruluş verdikləri müxtəlif üslublu və janrlı tamaşalarda rollar oynayıb.

Bürcəli Əsgərovun yaradıcılığında faciə, dram, komediya, tragikomediya rolları vardır. Aktyor bütün janrlı səhnə əsərlərində sərbəst, yaradıcılıqla və dinamik ehtirasla oynayır.

Yaradıcılığı Bürcəli Əsgərov ilk növbədə tipik və xarakterik rollar aktyorudur. Eyni zamanda müəyyən tamaşalarda baş rolları və bəzi əsərlərdə isə epizod personajların səhnə taleyini oynamışdır. Yaradıcılığının potensial imkanlarına, poetika göstəricilərinin estetik səciyyələrinə görə romantik aktyor məktəbinə daha uyğun gəlir. Realist və lirik psixoloji üslublu tanıaşalarda da yaddaqalan bədii drarmatik surətlər oynayıb. Öz rollarını, xüsusən klassik əsərlərdəki obrazları əsasən daxili ehtirasla və romantik vüsətlə oynamağa üstünlük verir.

Bürcəli Əsgərov 2000-ci ildən, həmçinin Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktyor işləyir.

Teatr sənətində qazandığı nailiyyətlərə, uğurlu aktyor ifalarına görə 1982-ci il dekabr ayının 1-də Azərbaycan Respublikasının əməkdar artisti fəxri adı ilə təltif olunub.

Əsas rolları Akademik Milli Dram Teatrı Şeyx Sənan (H. Cavid) — ikinci cavan; Simon Qəribə adam (N. Hikmət) — Kamil Almaz (C. Cabbarlı) — Gülverdi; Barat Cavanşir (M. Hüseyn) — Bizans elçisi Qaçaq Nəbi (S. Rüstəm) — Tapdıq; Mehdi Tufanlı il (A. Kapler) — Vasilyev; zabit; Mins Hotelio (V. Şekspir) — senat zabiti Göz həkimi (İ. Səfərli) — Rauf; professor Şahbazov 1905-ci ildə (C. Cabbarlı) — (işçi Səməd) Od gəlini (C. Cabbarlı) — Toğrul Kəndçi qızı (M. İbrahimov) — Rəşid Tufan (digər adı "Tayfun") (T. Yuy) — Lu Da Xay Dönüş (C. Cabbarlı) — Zaman; Bayram Ana ürəyi (İ. Səfərli) — leytenant Dağlar qızı (A. Babayev) — Kamil Əliqulu evlənir (S. Rəhman) — Kamal Əcəb işə düşdük (Ş. Qurbanov) — Zahid; Lütfiyar Bağlı qapılar (H. Seyidbəyli) — Toğrul Hacı Qara (M. F. Axundzadə) — Heydər bəy Səyavuş (H. Cavid) — Bəhram Antoni və Kleopatra (V. Şekspir) — Sekst Pompey Tanya (A. Arbuzov) — Furmanov Vaqif (S. Vurğun) — Əli bəy; Arşak; Şaliko; Əhməd kişi; Eldar; Vidadi Dəlilər (digər adı "Valensiya dəliləri"), (L.de Veqa) — Leopaço Hind gözəli (Y. Osnos və V. Vinnikov) — Aryaka Yaxşı adam (M. İbrahimov) — Qardaşxan Orlean qızı (F. Şiller) — Raymond Yalan (S. Rəhman) — Şamil Söz yarası (Q. Rəsulov) — Lətif Oqtay Eloğlu (C. Cabbarlı) — Şəkinski Hamlet (iki quruluşda) (V. Şekspir) — kölgə Nakam qız (A. Şirvanzadə) — Murad Canlı meyit (L. Tolstoy) — Zabit Xəyyam (H. Cavid) — Məlik şah; Yusif Zamanın hokmü (N. Poqodin) — İppolit Küləklər (S. Rəhman) — Hüseyn Qızıl (Y. O'Nil) — Cimmi Kanana Əks-səda (N. Xəzri) — Qaynar Qılınc və qələm (M. S. Ordubadinin eyniadlı əsəri əsasında T. Kazımovun işləməsi) — Ağabəy Məhəmməd Solğun çiçəklər (C. Cabbarlı) — Bəhram Dəli yığıncağı (C. Məmmədquluzadə) — Hacı Məhəmməd Əli Mənsiz dünya (N. Xəzri) — Hacı Əsədulla Unuda bilmirəm (İ. Əfəndiyev) — Möhsünzadə Ümid (M. İbrahimbəyov) — Bədirov Məhəbbət əfsanəsi (N. Hikmət) — vəzir Yastı təpə (Ə. Əylisli) — Mürsəl Yad adam (L. Frank) — dənizçi Xurşid banu Natəvan (İ. Əfəndiyev) — qoca Knyaz Maqbet (V. Şekspir) — Banko İblis (H. Cavid) — birinci zabit Qarabağ əfsanəsi (Q. Rəsulov) — Qara Səadət sorağında (X. Əlimirzəyev) — Aslanov (kiçik səhnədə) Təhminə və Zaur (Anar) — Məcid Zeynallı Həyatın dibində (M. Qorki) — Kostılyev Şeyx Xiyabani (İ. Əfəndiyev) — Hacı Fərhad Bizim qəribə taleyimiz (İ. Əfəndiyev) — Ataxan Qızıl teşt (S. Səxavət) — Dəmirov Sevgililərin cəhənnəmdə vüsalı (İ. Əfəndiyev) — Afşar Hüseyn Gülüstanda qətl (C. Əlibəyov) — İlyas İsbatov Gecə döyülən qapılar (N. Xəzri) — Qəni müəllim Məhəbbət yaşadır (N. Hacızadə) — Cığatay Min illərin işığı (K. Abdullayev) — Xoca Abdulla Qisas qiyamətə qalmaz (N. Hacızadə) — Curxan Hökmdar və qızı (İ. Əfəndiyev) — Cavad xan Fərhad və Şirin (müxtəlif quruluşlarda (S. Vurğun) — igid; Azər baba Sokratı anma gecəsi (digər adı "Eşşək dərisi üzərində məhkəmə") (Ç. Aytmatov və M. Şaxanov) — Şairin atası. " Ulduz, yaxud Ədirnə fəthi (C. Cabbarlı) — Nazim paşa Eşq və intiqam (S. S. Axundov) — Şahbaz bəy

İrəvan Dövlət Azərbaycan Dram Teatrı Məhəbbət yaşayır hələ… (Hidayət) — Əliş Vəlişoviç Durnalar qayıdanda (Hidayət) — Vəli Qulamoviç Yalan (S. Rəhman) — Saleh Əsgər anası (A. Rəhimov) — Kamal

Filmoqrafiya Onu bağışlamaq olarmı? (film, 1959) — rol: leytenant Rəsulov Mənziliniz mübarək Göz həkimi (film) Canavar balası Qırmızı qar (film, 1998) Həmyerlilər (film-tamaşa,1998)

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan SSR əməkdar artistləri