Asiyət Nəcməddin qızı Yusifova () — Azərbaycan-sovet dövlət və partiya xadimi, Azərbaycan Kommunist Partiyası Balakən Rayon Komitəsinin birinci katibi, Qax Rayon Komitəsinin birinci katibi və ikinci katibi, Zaqatala Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri.
Həyatı 1923-cü ildə İlisu kəndində kəndli ailəsində doğulmuşdur. İlisu kənd orta məktəbini və 1952-ci ci ildə Şəki ikiillik Müəllimlər İnstitutunu 1954-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun qiyabi şöbəsini bitirmişdir.
1942-ci ildə İlisu kəndində müəllim kimi əmək fəaliyyətinə başlamışdır. 1949-cu iləsək müəllim olaraq çalışmışdır. 1954-cü ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Ali Partiya Məktəbini fərqlənmə diplomu ilə bitirmişdir.
Siyasi fəaliyyəti Asiyət Yusifova 1950–1952-ci illərdə ildə Qax Rayon Komsomol Komitəsinin ikinci katibi vəzifəsini tutmuşdur. 1952-ci ildən Azərbaycan Kommunist Partiyası Qax Rayon Komitəsində şöbə müdiri, 1954-cü ildən rayon qəzetinin redaktoru, eyni zamanda Qax Rayon Partiya Komitəsində qadınlar arasında iş aparan şöbənin müdiri vəzifəsində çalışmışdır. 1958-ci ildən 1959-cu ilədək Azərbaycan KP MK-da təlimatçı vəzifəsində çalışmışdır.
Asiyət Yusifova 1959-cu ildən Azərbaycan Kommunist Partiyası Qax Rayon Komitəsində əvvəlcə ikinci katib, sonra isə birinci katib vəzifəsinə seçilmişdir.
4 yanvar 1963-cü ildə Qax rayonu və Balakən rayonu ləğv olunaraq Zaqatala rayonuna birləşdirilmişdir. Asiyət Yusifova 1963–1964-cü illərdə birləşmiş Zaqatala Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışmışdır. 17 iyun 1964-cü ildə yenidən müstəqil Qax rayonu təşkil olunmuşdur. Asiyət Yusifova isə Azərbaycan Kommunist Partiyası Qax Rayon Komitəsinin birinci katibi seçilmişdir.
Asiyət Yusifova 1970-ci ildən Azərbaycan Kommunist Partiyası Balakən Rayon Komitəsinin birinci katibi, 1974-cü ildən isə Azərbaycan SSR Nazirlər Sovetində referent vəzifəsində işləmişdir.
1981-ci ildən ittifaq əhəmiyyətli fərdi təqaüdçü olmuşdur. Azərbaycan KP MK-nin XXV, XXVI, XXVII, XXVIII qurultaylarının nümayəndəsi olmuş və MK-nın tərkibinə seçilmişdir. Sovet İttifaqı Kommunist Partiyası XXIII qurultayının nümayəndəsi, VI, VII, VIII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.
Mükafatları "Lenin", "Oktyabr inqilabı", "Qırmızı əmək bayrağı" ordenləri, "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı, Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanları, SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin iki qızıl və bir bürünc medalı ilə təltif olunmuş, respublikanın "Qabaqcıl maarif xadimi" fəxri adına layiq görülmüşdür.
Qeydlər
Mənbə İlisu (ensiklopedik məlumat kitabı) Bakı Vətən-2012 s 158
İstinadlar
Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası rayon komitələrinin ikinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Qax Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Balakən Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Zaqatala Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri Kateqoriya:Məhərrəmlilər Kateqoriya:Azərbaycanlı dövlət xadimləri Kateqoriya:Azərbaycan feministləri