"Qancasar" Futbol Klubu (, ) — Ermənistan Premyer Liqasında Qafan şəhərini təmsil edən futbol klubu. Klubun adı Qafanın mədən şəhəri olması ilə bağlı olaraq qoyulub və ermənicədən tərcümədə "Xəzinəli dağ" mənasına gəlir.

Tarixi Klub 1963-cü ildə "Lernaqorts" adı ilə Qafan şəhərində yaradılıb. Yarandığı dövrdən bu günə kimi bir neçə ad dəyişikliyinə məruz qalıb.

Ad dəyişiklikləri 1963–1989 Lernaqorts FK 1989–1990 Qafan FK 1991–1993 Sünik FK 1995–1996 Qafan-81 FK 1997–2004 Lernaqorts FK 2004 — bugünəcən Qancasar FK

Kateqoriya:Ermənistan futbol klubları Kateqoriya:1963-cü ildə yarananlar Kateqoriya:Zəngəzur mahalı