Rövşən Abdullaoğlu (tam adı: Rövşən Abdulla oğlu Abdullayev; ) — Azərbaycanlı yazıçı, filosof-şərqşünas, təlimçi, psixoloq, teoloq; "PEN America" yazıçılar birliyinin üzvü, "Qədim Qala" nəşriyyatının elmi heyətinin rəhbəri.
Hazırda Azərbaycanda Rövşən Abdullaoğlunun 33 kitabı çapdan çıxmışdır, onların əksəriyyəti bestseller olmuş, ingilis, rus, özbək, ərəb və türk dillərinə tərcümə edilmişdir.
Bir çox milli bestseller kitabların müəllifidir. Əsərlərində daha çox psixologiya, fəlsəfə, irfan, həyat fəlsəfəsi və teologiya sahələrinə aid mövzulara toxunur. "Bu şəhərdə kimsə yoxdur" psixoloji romanı 2016–2018-ci illərdə Azərbaycanda yerli və xarici əsərlər arasında ən çox satılan kitab olub.2024-cü ildə romanın motivləri əsasında qələmə aldığı çoxseriyalı bədii film ssenarisi ekranlaşdırılıb. Ölkədə bestseller olmuş "Relslər üzərinə uzanmış adam" romanı 2020-ci ildə ABŞ-nin "Readers’ Favorite" beynəlxalq kitab müsabiqəsində qızıl medala layiq görülüb.“Ləpirçi“ silsiləsindən Mən yeməli deyiləm” romanı 2024-cü ildə Erik Hoffer kitab müsabiqəsinin finalçısı olub və "Readers’ Favorite" tərəfindən "beş ulduz" fərqlənmə nişanı ilə təltif edilib.
2024-cü ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı seçilib.
2024-cü ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı seçilib. Elə həmin ildə 76-cı Frankfurt Beynəlxalq Kitab Sərgisində Rövşən Abdullaoğlunun müxtəlif dillərdə nəşr olunan əsərlərinin təqdimatı keçirilib.
R.Abdullaoğlu həmçinin ictimai fəaliyyəti ilə tanınır. Məktəb və universitetlərdə, mədəniyyət mərkəzlərində psixoloji mövzularda seminarlar keçir, fəlsəfə dərsləri deyir, müxtəlif televiziya və radio verilişlərində çıxış edir. Bir sıra xeyriyyə layihələrinin təsisçisi və iştirakçısıdır.
Bioqrafiya Rövşən Abdulla oğlu Abdullayev 28 sentyabr 1978-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Evlidir, üç övladı var.
Atası — Abdulla Abdullayev, hüquq-mühafizə sistemində çalışıb, rütbəsi mayordur. Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. Hazırda baş hüquqşünas vəzifəsini icra edir. Anası — Gülnarə Abdullayeva, ixtisasca mühasibdir, bank sektorunda 30 illik iş təcrübəsinə sahibdir. Qardaşları: Altay Abdullayev pediatr-neonatoloqdur. Fərhad Abdullayev — "Qədim Qala" nəşriyyatının təsisçisi və rəhbəridir.
Təhsili Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. Azərbaycan Respublikası Sərhəd Qoşunları sıralarında hərbi xidmət keçib, tərxis edilərkən təşəkkür etimadnaməsi ilə təltif olunub. Orta məktəb illərində musiqi təhsili alıb.
Müxtəlif ali məktəb ocaqlarında ərəb və fars dillərində teologiya, sxolastika, ərəb ədəbiyyatı, Şərq və Qərb fəlsəfəsi sahələri üzrə 9 il təhsil alıb.
2013-cü ildə Moskva Pozitiv Texnologiyalar və Konsaltinq İnstitutunun psixoloji konsultasiya fakültəsində qeştalt-terapiyası metodu üzrə məsləhətçi-psixoloq ixtisasına yiyələnib.
Azərbaycan, türk, ingilis, ərəb, fars və rus dillərini bilir.
Yaradıcılığı Hazırda Azərbaycanda Rövşən Abdullaoğlunun 33 kitabı çapdan çıxmışdır, onların əksəriyyəti bestseller olmuş, ingilis, rus, özbək, ərəb və türk dillərinə tərcümə edilmişdir.
"Arxadakı körpüləri yandırın", "Çətin olsa da, həyat davam edir" və "Bu şəhərdə kimsə yoxdur" kitabları Türkiyədə nəşr olunub.
Tərcümə və şərhlər 2011-ci ildə İbn Sinanın şərqi mütəəssir buraxdığı kimi, qərbi də təsirsiz qoymayan son kitablarından olan "Göstəriş və təlimatlar" (Kitab əl-işarat vət-tənbihat) kitabının tərcüməsinə başlayıb.
İbn Sinanın məntiqinə və metafizikasına dair ətraflı izahlar da ehtiva edən iki kitab şəklində: "Görüntülər" və "Ariflərin irfani məqamları" adları altında nəşr olunub.
2012-ci ildə növbəti tərcümə işi "Əl-Mizan" adlı çoxcildli təfsir kitabının müəllifi, məşhur alim, filosof Əllamə Təbatəbainin "İnsan" traktatını tərcümə və şərhlərlə nəşr etdirib.
Eyni zamanda Təbatəbainin ontologiya mövzusunda ən mühüm fəlsəfi əsərlərindən sayılan, ərəb dilində yazılmış "Bidayətul hikmə" əsərinə yazdığı şərhini "Hikmətin Əvvəli" adı altında çap etdirib.
Elə həmin ildə islam aləmində ilk əlyazma sayılan kitabın tərcüməsini həyata keçirir. Kitabın "İlk kitab" adlanması məhz buradan qaynaqlanır. Bu kitabda islam cəmiyyətinin formalaşdığı erkən dönəmlərin tarixi hadisələri və siyasi fitnələr öz əksini tapıb.
Psixoloji əsərlər Yaradıcılığının növbəti mərhələsinə psixoloji mövzular xasdır. Növbəti beş kitabında — "Arxadakı körpüləri yandırın", "Hər bir insan hökmdardır", "Çətin olsa da, həyat davam edir", "Üsyan", "Qorxular" əsərlərində müəllif şəxsiyyətin maddi və mənəvi inkişafı yolunda fəlsəfi, psixoloji və teoloji yanaşma sintezinə əsaslanan yeni motivasiya üsulları təqdim edir.
Bədii əsərlər "Bu şəhərdə kimsə yoxdur" adlı ilk psixoloji romanı 2016-cı ildə Azərbaycanda ən çox satılan kitab olub.2024-cü ildə romanın motivləri əsasında çoxseriyalı bədii film ssenarisi ekranlaşdırılıb. Roman Amerikanın dünya ədəbi tənqid sferasında fəaliyyət göstərən ən nəhəng qurumlarından biri olan "Readers’ Favorite" tərəfindən "beş ulduz" fərqlənmə nişanı ilə təltif edilib. "Self-Publishing Review" ədəbi qurumu tərəfindən 5 baldan 4,5 balla qiymətləndirilib.
Müəllifin ikinci "Relslər üzərinə uzanmış adam" romanı da uğur qazanır, kitabın ilk tirajı cəmi iki həftəyə satılır. Roman 2020-ci ildə "Readers’ Favorite"in keçirdiyi beynəlxalq ədəbi müsabiqədə minlərlə əsər arasında "bədii ədəbiyyat-mədəniyyət" janrında qızıl medala layiq görülübHəmçinin "Readers' Favorite" tərəfindən "beş ulduz" fərqlənmə nişanı ilə də təltif edilib. Roman "IndieReaders" ədəbi qurumu tərəfindən 5 baldan 4,9 balla dəyərləndirilərək "IR-Approved" nişanı ilə təltif edilib. "Kirkus" ədəbi qurumu da bu roman haqqında yüksək rəy yazaraq öz dərgisinin 1 iyul 2020-ci il tarixli 13-cü sayında, xüsusi buraxılışda əsərin resenziyasını dərc edib."Kirkus Reviews", № 13. 2020–07-01. p. 166. Indie. "The Man on the Rails". Bu əsərinə görə müəllifə 2022-ci ilin 18 – 19 noyabr tarixlərində ABŞ-nin Mayami şəhərində keçirilən "Readers’ Favorite" beynəlxalq kitab müsabiqəsinin qızıl medalı təqdim olunub.Mayamidə azərbaycanlı yazara beynəlxalq müsabiqənin qızıl medalı təqdim edilib
2018-ci ildə intellektual psixoloji detektiv janrında yazılmış, adı ilə böyük maraq doğuran "Abaddon" kitabının ilk tirajı cəmi üç saata satılıb. Bu roman da "Readers’ Favorite" tərəfindən "beş ulduz"la təltif olunub.
2022-ci ildə Qarabağ savaşından bəhs edən "Koramal" romanı işıq üzü görüb. Kitab qısa müddət ərzində yerli və xarici ədəbiyyatların yer aldığı bestsellerlər siyahısında birinci pilləyə yüksəlib.
Elmi-publisistik əsərlər 2010-cu ildə işıq üzü görmüş ilk kitabı olan "Nəfsi təzkiyənin elmi əsasları" şəxsiyyətin mənəvi dirçəliş və tənəzzül faktorundan, qəlbin xüsusiyyətlərindən, onda təcəlli edən zülmət və nur örtüyündən bəhs edir.
2012-ci ildə nəşr olunan "Həyatın imzası" kitabı eramızdan əvvələ aid ən qədim düşüncə məktəblərində mövcud olan, aləmdəki bütün varlıqların canlı olduğunu iddia edən irfani nəzəriyyədən bəhs edir.
2019-cu ilin mart ayında "Tanrı–mif, yoxsa həqiqət" silsiləsindən ilk kitab olan "Əsarət" işıq üzü görmüşdür. Bu kitab müxtəlif ideoloji məktəblər tərəfindən "yaradan" anlayışının qızğın müdafiəsinin və kəskin inkarının psixoloji səbəblərini açıqlayan elmi-populyar üslubda yazılmış vəsaitdir.
Beynəlxalq ədəbi qurumların rəyləri İngilis dilinə tərcümə olunmuş əsərləri Amerikanın bir sıra nüfuzlu ədəbi tənqid qurumlarından yüksək rəylər alıb.
Bu şəhərdə kimsə yoxdur
Relslər üzərinə uzanmış adam
Abaddon
Çətin olsa da, həyat davam edir
İctimai fəaliyyəti Rövşən Abdullaoğlu məktəb və universitetlərdə, müxtəlif ictimai müəssisələrdə psixoloji mövzularda seminarlar keçirir, fəlsəfə dərsləri deyir, televiziya və radio verilişlərində çıxış edir.
Hələ universitetdə təhsil aldığı dövrdə sosial faktorların yeniyetmə psixologiyasına təsiri, Təkamül nəzəriyyəsinin lehinə və əleyhinə olan faktları araşdıran Rövşən Abdullaoğlunun bu barədə bir çox məqalələri qəzet və jurnallarda dərc edilib.
2018-ci ildə "Relslər üzərinə uzanmış adam" romanının satışından əldə edilən gəlir Azərbaycanın "Şəhid övladları və kimsəsiz uşaqlara yardım" ictimai birliyinə ianə edilib.
2019-cu ildə peşəkar həkim heyəti və yüksək tibbi xidməti ilə tanınmış xəstəxanalardan olan "EGE hospital"ın təltif və mükafatlandırma komissiyasının tərtib etdiyi "Səhiyyənin dostu" adlı mükafat ölkədə ilk dəfə Rövşən Abdullaoğluna təqdim olunub, yazıçıya göstəriləcək ömürlük müayinə, ambulator və poliklinik xidmətləri xəstəxana öz öhdəsinə götürüb.
2020-ci ildə BMT-nin Əhali fondu və BMT-nin "UN-WOMEN" təşkilatının təşəbbüsü ilə həyata keçirilən "Avropa İttifaqı: gender bərabərliyi naminə" silsilə vebinarlarına və bu layihə çərçivəsində təşkil olunan dövlət televiziya proqramına ekspert olaraq dəvət olunub.
Rövşən Abdullaoğlunun təşəbbüsü ilə müəllifi olduğu kitablardan 2020 ədədi "Qədim Qala" nəşriyyatı tərəfindən Vətən müharibəsi qaziləri, döyüşçüləri və şəhid ailələrinə hədiyyə olunub.
"Zəfər tarixi 2020" layihəsinə görə Rövşən Abdullaoğlu "Əmanət" – ölkənin şəhid və qazi övladlarının fərdi inkişafına dəstək layihəsi tərəfindən "Təşəkkürnamə" ilə təltif olunub.
2022-ci ildə Britaniya Kollecinin təşkilatçılığı ilə keçirilən TEDx layihəsində "Seçimlərimizi idarə edən psixoloji tələlər" mövzusunda çıxış edib.
“Təhsildə inkişaf və innovasiyalar üzrə” 2022-ci ildə VI qrant müsabiqəsində “Özünü kəşf et”, 2023-cü ildə VII qrant müsabiqəsində “Özünə inan” adlı təhsil göstəricilərini yüksəltməyə xidmət edən psixoloji inkişaf layihələri ilə qalib olub.
2023-cü ilin iyun ayında Rövşən Abdullaoğlunun Amerikadakı Azərbaycan diasporlarının, mədəniyyət mərkəzlərinin dəvəti ilə Amerika səfəri baş tutub. ABŞ-nin yeddi ştatında olan müəllif bir çox görüşlər keçirib. Əsas hədəfi Azərbaycan çağdaş ədəbiyyatını tanıtmaq olan səfər zamanı təşkil olunan tədbirlər ən müxtəlif sosial, psixoloji mövzuları da əhatə edib.
Hobbi İdman Uşaqlıq illərindən yunan-Roma güləşi, sambo, karate, cüdo, boks və akrobatika ilə məşğul olub. 2011-ci ildə "Vəhdət" beynəlxalq cüdo yarışında gümüş medal qazanıb.
Səyahət Yaradıcı fəaliyyətini zənginləşdirmək, əsərlərində bəhs etdiyi tarixi və görkəmli yerlərlə şəxsən tanış olmaq, müxtəlif xalqların mədəniyyətləri haqqında məlumat əldə etmək üçün İrlandiya, İspaniya, Belçika, İsveçrə, İtaliya kimi bir çox dünya ölkələrinə səyahət edib.
2018–2019-cu illərdə Afrika ölkələrinə səfər edərək oradakı piqmey, hadzabi, mursi, karamaconq, hamar qəbilə icmalarının adət-ənənələri ilə tanış olub.
2019-cu ilin dekabrında Latın Amerikası ölkələrində səfərdə olan yazıçı Argentinanın "Dünyanın sonu" adlanan, cənub yarımkürəsinin ən son şəhəri olan Uşuayadan gəmi ilə Antarktida materikinə yollanan ekspedisiyada iştirak edib, Bellinshauzen qütb stansiyasının fəaliyyəti ilə yaxından tanış olub.
Biblioqrafiya
Abaddon Ariflərin irfani məqamları(İbn Sinanın "Göstəriş və təlimatlar" kitabının tərcümə və şərhi) Arxadakı körpüləri yandırın Bəla və Səbir Bu şəhərdə kimsə yoxdur Çətin olsa da, həyat davam edir Əsarət Görüntülər(İbn Sinanın "Göstəriş və təlimatlar" kitabının tərcümə və şərhi) Hər bir insan hökmdardır Hidayət risaləsi Hikmətin əvvəli İnsan dünyadan əvvəl(Əllamə Təbatəbainin "İnsan" traktatının tərcümə və şərhi) İnsan dünyadan sonra(Əllamə Təbatəbainin "İnsan" traktatının tərcümə və şərhi) İnsan dünyadan sonradan sonra(Əllamə Təbatəbainin "İnsan" traktatının tərcümə və şərhi) Koramal Ləpirçi: Mən yeməli deyiləm Mərifət Nəfsi təzkiyyənin elmi əsasları O Qorxular Relslər üzərinə uzanmış adam İlk Kitab Həyatın imzası Ölülərin hakimiyyəti Üsyan Xüsusiyyətlər Zamanı necə yeyək? Üzləşmə Xilaskar İlk səfər Meymunlarla saziş Nəhəng ləpirin sahibi Baramada gizlənən oğlan
Qeydlər
İstinadlar
Həmçinin bax
Elxan Elatlı Varis Yolçiyev Elizabet Tüdor Ülviyyə Tahir Ceylan Mumoğlu
Xarici keçidlər