Niyazi Abdulla oğlu Səfərov () — Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini (2016–2022), iqtisadiyyat və sənaye nazirinin müavini (2013–2016), iqtisadi inkişaf nazirinin müavini (2006–2013).
Həyatı Səfərov Niyazi Abdulla oğlu 1959-cu ildə anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Əmək fəaliyyətinə 1982-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda başlayıb.
1990–1992-ci illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Hüquq şöbəsində aparıcı məsləhətçi, baş məsləhətçi, sektor müdiri və şöbə müdirinin müavini, 1992–2006-cı illərdə Azərbaycan Respublikası Prezidentinin Aparatında Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdir müavini, 17 fevral 2006-cı ildən isə Azərbaycan Respublikası İqtisadi İnkişaf nazirinin müavini vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 13 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye nazirinin müavini təyin edilib. O, 24 iyun 2022-ci il tarixində tutduğu vəzifədən azad edilmişdir.
30 iyun 2022-ci ildə Niyazi Səfərov Azərbaycan Respublikası iqtisadiyyat naziri Mikayıl Cabbarovun əmri ilə nazir müşaviri vəzifəsinə təyin olunmuşdur.
Ailəsi Ailəlidir, 3 övladı var. Deputat Nizami Səfərovun qardaşıdır.
İstinadlar
Kateqoriya:Azərbaycan Respublikasının nazir müavinləri