Mollaməhərrəmli bələdiyyəsi — Azərbaycan Respublikasının Füzuli rayonunda 1999 - 2024-cü illərdə fəaliyyət göstərmiş bələdiyyə.

Tarixi 07.12.1999-cu il tarixli 771-IQ nömrəli "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanunun ilkin versiyasının "Füzuli rayonu" bölməsinə əsasən yaradılan 18 bələdiyyədən biri də Füzuli rayonunun Mollaməhərrəmli bələdiyyəsi olub.

2014–2020-ci illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (indiki Bələdiyyələrlə iş baş idarəsi) və İmişli Regional Ədliyyə İdarəsi həyata keçirib.

12.09.2000-ci il tarixli 09 nömrəli Protokolunda təsbit eidlmiş Qərarı ilə Bələdiyyənin ilk Nizamnaməsi qəbul edilib və Füzuli rayonunun Əhmədalılar bələdiyyəsinin 28.04.2025-ci il tarixli 03 nömrəli Protokolunda təsbit edilmiş 3-cü Qərarı ilə ləğv edilib.

Bu Bələdiyyə 2000-ci ildə "Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında" Əsasnaməyə uyğun olaraq yaradılmış Füzuli rayonu üzrə Bələdiyyələrin Əlaqələndirmə Şurasının üzvülüyünə qəbul edilib.

03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə uyğun olaraq, həmin Bələdiyyə Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olub.

2020–2024-cü illərdə bu Bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (indiki Bələdiyyələrlə iş baş idarəsi), Qarabağ Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirilirİdarəsi.

18.11.2024-cü il tarixli 50-VIIQ nömrəli Qanunun 18-ci hissəsinə əsasən: "18.2. Arayatlı, Babı, Əhmədalılar, Qazaxlar və Mollaməhərrəmli bələdiyyələrinin əhatə etdiyi Arayatlı, Babı, Əhmədalılar, Qazaxlar, Mirzənağılı və Mollaməhərrəmli kəndlərində Əhmədalılar bələdiyyəsi" yenidən təşkil edilib.

"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə — "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə" 18.11.2024-cü il tarixli 51-VIIQD nömrəli Qanunla təsdiq edilmiş Siyahının "Füzuli rayonu" bölməsində birinci cədvəldə sadalanan 7 bələdiyyənin adı qeyd olunub.

Mərkəzi və ərazisi "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunun əvvəlki redaksiyasına əsasən Bələdiyyənin mərkəzi Füzuli rayonunun Mollaməhərrəmli kəndi olub.

Bu Bələdiyyənin ərazisinə aşağıdakılar aid olub: Bələdiyyənin adıVÖENBələdiyyə ödəyicisi üçün vergi koduBələdiyyənin statistik koduİnzibati ərazi dairəsinin adıİƏD statistik koduİnzibati ərazi vahidinin adıİƏV statistik koduFüzuli rayonunun Mollaməhərrəmli bələdiyyəsi7500108091751660604037Arayatlı kənd iəd60604005Mollaməhərrəmli kəndi60604038

İstinadlar

Kateqoriya:Füzuli rayonunun ləğv olunmuş bələdiyyələri Kateqoriya:1999-cu ildə Azərbaycanda yaradılan bələdiyyələr Kateqoriya:2024-cü ildə Azərbaycanda ləğv olunan bələdiyyələr