Əbu İbrahim İsmayıl ibn Əhməd Samani (, , aprel 849, Fərqanə — 24 noyabr, 907) — Samanilərdən tanınmış əmir.
Həyatı Abbasi xəlifəsi Məmun (hökmdarlığı 813-833) dönəmində Fərqanə valilisi olan Əhməd bin Əsədin kiçik oğluydu. Atasının yerinə keçən böyük qardaşı Nəsr bin Əhməd tərəfindən Buxara valiliyinə gətirildi. Bölgədəki qarışıqlıqları aradan götürdükdən sonra, bağlı olduqları Tahirilərin zəifliyindən yararlanaraq müstəqil bir hökmdar kimi davranmağa başladı. Bir yandan da böyük qardaşı Nəsr bin Əhmədə qarşı mübarizəyə girişərək ona üstünlüyünü qəbul etdirməyə çalışdı. İki qardaş arasındaki mücadilənin səbəbini qaynaqlar aradaki fəsadçılara və Nəsrə ödənməsi gərəkən verginin verilməməsinə bağlasalar da, gerçək nədən böyük ehtimalla İsmayılin Buxara çəkisini artımağa çalışması və Nəsrin onu özünə rəqib olaraq görməsindən qaynaqlanmaqdadır.Tülay Yürekli, Samaniler, Yüksek Lisans Tezi, Ankara, 2002. Nəsrin ölümündən (892) sonra da bütün Mavəraünnəhrə hökmdar oldu.
İstinadlar
Həmçinin bax Samanilər sülaləsi Kateqoriya:Hənəfilər Kateqoriya:Samanilər sülaləsi Kateqoriya:Əmirlər Kateqoriya:Orta əsr qoşun başçıları Kateqoriya:Tacikistan tarixi