thumbnail Qızıl Qoç, Qukasyan, Aşosk — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Ağbaba mahalı ərazisində kənd. Qızıl Qoç rayonunun mərkəzi. İrəvan quberniyasının Aleksandropol qəzasında (İndi Qukasyan rayonunda) kənd adıОрбели И.А. Избранные труды. т. I, М., 1963.Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
Tarixi 1878-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1938-ci ildə kənd ermənicə Verin Qukasyan adlandırılmışdır. 1956-cı ildən Qukasyan rayonunu mərkəzinə çevrildikdən sonra 1960-cı ildə "Verin" sözü atılmışdır. 1990-cə ildə ermənicə Aşosk adlandırılmışdır. Kənd süxuru qırmızı rəngə çalan yaylaq yerinin adındandır. Yaylağın adındakı "qoç" sözü qırmızı rəngli daşdan yonulmuş "qoç daşların"ı (qoç heykəllərini) bildirir. Azərbaycan və Ermənistan ərazisində qoç heykəllərin (qoç daşlarının) mənşəyi mə'lum deyil. Lakin onların türk mənşəli xalqlara mənsub olması şübhəsizdir, heç olmazsa ona görə ki, Sibirdə е.ə. 700–100-cü illəri əhatə edən Taqar arxeoloji mədəniyyətinin əhatə etdiyi Yeniseyətrafı ərazidə və Minusin çökəkliyində qoç heykəlləri aşkar edilmişdir. С.В.Киселов. Древный историй Восточной Сибири, s.184, 442, 580 Azərbaycanda at və qoç heykəlləri Gədəbəy, Kəlbəcər, Daşkəsən və Naxçıvanda, Türkiyə ərazisində, o cümlədən Ahisaqada, Diyarbəkirdə, Pasianda, Ərzincanda, Çıldırda və Vanda vardır M.F.Kırzıoğlu. Dədə Qorqud oğuznamələri. I, Istambul 1962, s.24.
İstinadlar
Kateqoriya:Ağbaba mahalı Kateqoriya:Şirak mərzinin yaşayış məntəqələri