Əlahəzrətin gəmisi Afrika () (1763) — Kral donamasına məxsus 64-toplu III ranq xətt gəmisi.

Gəminin layihəsi 26 fevral 1777-ci ildə təsdiqlənmişdir. 11 fevral 1778-ci ildə sifariş olunmuş, 2 mart 1778-ci ildə tikilməyə başlanılmış, 11 aprel 1781-ci ildə Nortfildəki Adams & Barnard tərsanəsində suya salınmışdır. 74 toplu bu proyekt köhnə olduğundan, hazır olan gəmidə çoxlu çatışmazlıqları nəzərə alaraq bu layihə əsasında yalnız 64 toplu gəmilər inşa olunurduWinfield, Rif. British Warships of the Age of Sail 1714−1792: Design, Construction, Careers and Fates. Seaforth, Chatam-St.Paul, P. 109, 2007. ISBN 978-1-84415-700-6>. 1781-ci ildə Deptford kral tərsanəsində mislə üzlənmişdir. Xidməti ABŞ İstiqlal müharibəsində 1781 — xidmətə götürülür, kapitanı olmuşdur.

1782 — yanvar, kapitanı ; 6 fevral ser Riçard Bikertonun eskadriliyasında Şərqi Hindisana gedir.

1783 — 20 iyun Kuddalor döyüşündə iştirak edir.

Böyük Fransa inqilabında 1793 — sentyabr, Plimutda avadanlıqla təmin olunduqdan sonra kapitanı Roddem Houm () olmuşdur.

1794 — 18 mayda Şotlaniyaya üzür.

1796 — 21 martda Leoqan hücumunda ehtiyata qoyularaq, nəzərdə tutulmuşdurWinfield, Rif. British Warships of the Age of Sail 1714−1792: Design, Construction, Careers and Fates. P. 109, Seaforth, Chatam-St.Paul, 2007. ISBN 978-1-84415-700-6.

Kapitan Houmun sərancamında Şərqi Hindistanda olur. Sonra isə martda HMS Africa, HMS Leviathan (1790) və HMS Swiftsure gəmiləri ilə birlikdə San-Dominqoda Leoqana hücum edən orduya artilleriyalarla dəstək vermişdir. Müdafiə güclü olduğundan Afrika gəmisi sahil artilleriyalarının mərmilərindən ciddi zədələr alır və Yamaykaya təmirə getmək zərurətində olur.The Naval War of 1812 / Robert Gardiner, ed. — London: Chatham Publishing, 1998. — ISBN 1-55750-654-X

1798 — sentyabr, Çatemdə hospital gəmisi funksiyası daşıyır. Leytenant Con Brayantın () sərancamında Şirnessdə xidmətə girir.

1805 — 9−13 oktyabrda HMS Royal Sovereign (1786), HMS Belleisle (1795), Africa və HMS Agamemnon (1781) Kadis yaxınlığında Nelsonun rəhbərliyindəki Aralıq dənizi donanmasına qatılırlar.

21 oktyabr, Nelsonun küləkdöyən cərgəsində Trafalqar döyüşündə iştirak etmişdir. Bu zaman 18 ölü və 44 yaralı itkisi vermişdir.

İstinadlar

Kateqoriya:Yelkənli gəmilər Kateqoriya:Böyük Britaniya gəmiləri Kateqoriya:İkigöyərtəlilər Kateqoriya:Üçdorlular