Məzarınıza tüpürüm () Amerika istehsalı olan kriminal/triller janrlı filmdir. Bu film 1978-ci ildə nümayiş olunan "Qadının Günü" (və yaxud "Məzarınıza tüpürəcəyəm") filminin remekidir. Filmin ABŞ-də premyerası 2010-cu ildə baş tutub.
Məzmun Cennifer Hills adlı gənc yazıçı xanım yazacağı yeni roman üçün başqa şəhərə gələrək burada bir ev kirayə tutur. Sakit çayın kənarındakı bu evdə işini görməyi planlaşdıran Cennifer burada başına gələcəklərdən xəbərsizdir.
Hər şeyin qaydasında getdiyi bir vaxt gecə Cenniferin evinə bir neçə oğlan gəlir. Bu oğlanlar onun bura təzə gəldiyi vaxt yanacaqdoldurma məntəqəsində gördüyü həmin oğlanlardır. Əylənmək istəyən oğlanlar bu gənc xanımla amansız rəftar edərək ona fiziki, mənəvi və cinsi zorakılılar edirlər. İşləri qurtardıqdan sonra onu aradan götürməyə qərar verən oğlanlar onu öldürmək istəyirlər. Lakin Cennifer onlardan cəld tərpənərək özünü tez həmin yerdəki çaya atır. Təşvişə düşən oğlanlar onun sağ qala bilmə ehtimalı ilə əlaqədər olaraq bir neçə gün çayın hər bir ətrafında onu axtarırlar. Cəsəd tapılmadıqda məsələ pisləşir.
Bir neçə həftədən sonra oğlanlardan biri yoxa çıxır və indi Cenniferin amansız qisası başlayır.
Rollarda Ad Rol Sara Bulter Cennifer Hills Rodni Estmen Endi Deeniel Franzis Stanli Cef Brenson Con Miller Andreu Hovard Şerif Stroç Çad Lindberq Metyu Tresi Ualter Erl Sakson Şarbino Çestiti Storç
İstinadlar
Kateqoriya:2010-cu ilin ABŞ filmləri Kateqoriya:Yazıçılar haqqında filmlər Kateqoriya:ABŞ-nin zorlama və qisas haqqında filmləri Kateqoriya:2010-cu illərin feminist filmləri Kateqoriya:ABŞ-nin detektiv filmləri Kateqoriya:Müstəqil ABŞ filmləri Kateqoriya:ABŞ-nin cinayət triller filmləri Kateqoriya:ABŞ-nin qorxu triller filmləri Kateqoriya:İngiliscə müstəqil filmlər Kateqoriya:İngiliscə kriminal triller filmləri Kateqoriya:Gənclik filmləri Kateqoriya:ABŞ filmlərinin remeykləri Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:Luizianada çəkilmiş filmlər Kateqoriya:Kütləvi qətllər haqqında filmlər Kateqoriya:İngilis dilində qorxu triller filmləri