Daft Punk — Tomas Banqalter və Gi-Manuel de Omem-Kristo tərəfindən 1993-cü ildə yaradılmış fransız elektron musiqi dueti. 1990-cı illərin sonlarına doğru Fransada haus musiqisinin inkişafı ilə əlaqədar böyük uğurlara nail oldular. Onlar elektro, haus, disko və sintipop musiqisinin elementlərini birləşdirərək özünəməxsus səslənmə üslubu yaratdılar.
Daft Punk 2006-2007-ci illərdə iştirak etdiyi musiqi turundan sonra Alive 2007 adlı konsert albomunu buraxdı. 2009-cu ildə həm albom, həm də bu aboma daxil olan Harder Better Faster Stronger mahnısı Qremmi mükafatına layiq görüldü.
2013-cü ilin mayında Daft Punk özünün dördüncü studiya albomu olan Random Access Memories albomunu, bundan bir ay əvvəl isə həmin alboma daxil olan və sonradan hitə çevrilən Get Lucky mahnısını buraxdı. 26 yanvar 2014-cü ildə 56-cı Qremmi mərasimində həm mahnı, həm də albom ümumilikdə 5 nominasiyada Qremmi mükafatına layiq görüldü.
Diskoqrafiya
Studiya albomları Homework (1997) Discovery (2001) Human After All (2005) Random Access Memories (2013)
Konsert albomları Alive 1997 (2001) Alive 2007 (2007) İstinadlar
Xarici keçidlər Daft Punkun rəsmi veb-saytı "Random Access Memories" albomunun alternativ promo-saytı
Kateqoriya:Fransa musiqi qrupları Kateqoriya:1993-cü ildə yaranan musiqi qrupları Kateqoriya:Daft Punk Kateqoriya:Musiqi duetləri Kateqoriya:Elektronik musiqi qrupları Kateqoriya:Parlophone artistləri Kateqoriya:Brit mükafatı laureatları Kateqoriya:Columbia Records artistləri Kateqoriya:Virgin Records artistləri Kateqoriya:Yəhudi mənşəli fransızlar Kateqoriya:İlin albomuna görə Qremmi mükafatı Kateqoriya:Parisdə musiqi Kateqoriya:Texno