URI () — unifikasiya edilmiş resurs identifikatoru. Əvvəllər Universal Resource Identifier (resursun universal identifikatoru) adlanırdı.

Əsaslar URI — hər hansı bir resursu müəyyən etməyə imkan verən simvolik sətir: bu resusrlara misal olaraq sənəd, şəkil, fayl, elektron poçt xidməti və s. göstərmək olar. Əlbəttə, hər şeydən əvvəl şəbəkə resursları əsasdır. URI resurs eyniləşdirməsinin sadə və genişlənmiş üsulunu təqdim edir. URI genişlənmə qabiliyyəti, URI daxilində eyniləşdirilmiş bir neçə sxemin mövcud olduğunu və gələcəkdə bir neçə sxemin də yaradıla biləcəyini bildirir.

URL və URN arasında əlaqə thumb|right|180px|URI sxeminin alt çoxluqlarını (URL və URN) əks etdirən Venn diaqramı

URL, resursun eyniləşdirilməsindən başqa, bu resursun olduğu yer haqqında informasiya verir. Amma URN, yalnız müəyyən yerdə olan resursu aşkar edir, amma onun olduğu yeri göstərmir. Məsələn, URN urn:ISBN:0-395-36341-1 — ad sahəsində olan ISBN:0-395-36341-1 resursu (kitabı) göstərir, amma, URL-dan fərqli olaraq, URN bu resursun olduğu yeri göstərmir: belə olduqda bu resursu hansı mağazadan əldə etmək və ya hansı saytdan yükləmək haqqında informasiya olmur.

Nümunələr

Mütləq URI-lər http://az.wikipedia.org/wiki/URI ftp://ftp.is.co.za/rfc/rfc1808.txt file://C:\UserName.HostName\Projects\Wikipedia_Articles\URI.xml file:\\\C:/file.wsdl ldap://[2001:db8::7]/c=GB?objectClass?one mailto:[email protected] sip:[email protected] news:comp.infosystems.www.servers.unix data:text/plain;charset=iso-8859-7,%be%fe%be tel:+1-816-555-1212 telnet://192.0.2.16:80/ urn:oasis:names:specification:docbook:dtd:xml:4.1.2

URI keçidlər /relative/URI/with/absolute/path/to/resource.txt

relative/path/to/resource.txt

../../../resource.txt

resource.txt

/resource.txt#frag01

Həmçinin bax URL

Xarici keçidlər IANA tərəfindən qəbul edilmiş URI sxemlər

Kateqoriya:İnternet standartları Kateqoriya:1990-cı ildə yarananlar Kateqoriya:Texnologiya Kateqoriya:Semantik veb Kateqoriya:Tətbiqi proqram səviyyəsi protokolları Kateqoriya:URL