Qarabağa gəzinti ( — Qaseirneba Karabağşi) — gürcü rejissoru Levan Tutberidzenin Gürcüstandakı vətəndaş müharibəsi və Qarabağ müharibəsi haqqında çəkdiyi film.

Məzmun SSRİ dağılandan sonra Qafqazda vətəndaş və etnik münaqişələr alovlanır. Filmin qəhrəmanları — sıravi tiflisli gənc Qoqliko və Suxumili snayper Spartak — Dağlıq Qarabağa yollanarkən yol yoldaşı olurlar. Biri qumarda uduzduğu pulları geri qaytarmaq, digəri komandirin əmrini yerinə yetirmək istəsə də, onlar birgə hərəkət etməli və bir-birinə dəstək verməli olurlar. Bir-birinə oxşamayan insanların taleyi münaqişə bölgəsində kəsişir.

Film haqqında Film 1990-cı illərdə Gürcüstanda baş vermiş real hadisələrdən bəhs edən, yazıçı Aka Morçiladzenin eyniadlı hekayəsi əsasında çəkilib. Filmdə rus, gürcü, azərbaycan, erməni aktyorları çəkilib. 2005-ci ildə Anapada keçirilmiş "Kinoşok" kinofestivalında MDB və Baltikanın 14-cü açıq festivalının əsas mükafatını qazanmışdır.

Filmin heyəti

Film üzərində işləyənlər Bəstəkar : Ssenari müəllifi : Aka Morçiladze, İrakli Solomonaşvili Quruluşçu rejissor : Levan Tutberidze Quruluşçu operator : Quruluşçu rəssam : Geyim rəssamı : Çalır : Dirijor : Səs operatoru : Konsertmeyster : Musiqi redaktoru : Rejissor : Operator : Qrim rəssamı : İşıq Ustası : Rejissor Assistenti : Operator assistenti : Rəssam assistenti : İnzibatçı : Redaktor : Filmin direktoru :

Rollarda Levan Doboronicidze Mişa Mesxi Nutsa Kuxianidze Dato İaşvili Giorgi Qaçeçiladze Sandro Kakulia Qogi Xarabadze Nino Kasradze Robert Sturua Darya Drozdovskaya Giorgi Qurqulia Avetik Sanosyan Qagik Melkumov Artavazd Paloyan Levon Sidilyan Füzuli Məmmədov (aktyor) İlqar Cahangirov

İstinadlar

Video Qarabağa gəzinti, II seriya: Münaqişə bölgəsi

Kateqoriya:Ermənicə filmlər Kateqoriya:2005-ci ilin filmləri Kateqoriya:Gürcüstan filmləri Kateqoriya:Birinci Qarabağ müharibəsi haqqında filmlər Kateqoriya:Gürcücə filmlər Kateqoriya:2000-ci illərin dram macəra filmləri