Mino-Ovari zəlzələsi — 1891-ci ildə Yaponiyada baş verən zəlzələFuad Sultanov, Z.Sultanova. "Zəlzələlər", Bakı, "Azərnəşr", 1958. səh.14.

1891-ci il oktyabrın 28-də səhər saat 06.37 dəqiqədə Yaponiyanın dağlıq rayonu olan Xan-syu adasında zəlzələ baş vermişdir. Zəlzələ təxminən 100 km uzunluğunda tektonik xəttin fayı ilə müşayiət edilmişdir. Üfiqi yerdəyişmə 4 m-ə, şaquli yerdəyişmə bəzi yerlərdə 7 m-ə çatmışdır. Şərq tərəfdə fay boyu yerdəyişmə şimal-qərb istiqamətində olmuşdur. Böyük torpaq sahələri bəzi yerlərdə çökmüş və bəzi yerlərdə qalxmışdır. thumbnail|left|1891-ci ildəki Mino-Ovari zəlzələsindən sonra

Zəlzələ 1 000 000 km2 sahədə hiss edilmiş, fay boyu 10 000 km2-ə yaxın sahədə böyük dağıntılar olmuş və 10 000 körpü müxtəlif dərəcədə zədələnmişdir. Bu zəlzələnin nəticəsində 7 000 nəfər tələf olmuş və 17 000 nəfər yaralanmışdır.

İstinadlar

Kateqoriya:Yaponiyada zəlzələlər Kateqoriya:1891-ci ildəki hadisələr Kateqoriya:28 oktyabrdakı hadisələr Kateqoriya:1891-ci ildə Yaponiya