Güvenç , 1959 () — keçmiş türk futbolçu, məşqçi. Azərbaycanın Rəvan klubunun baş məşqçisidir. Futbolçu kimi hücumçu mövqeyində oynayıb.

Güvenç Kurtar futbolçu karyerası ərzində "Beşiktaş", "Mersin İdman Yurdu", "Bursaspor", "Altay" və "Kocaelispor"da oynayıb.

Məşqçi karyerası ərzində isə "Darıca Gənclərbirliyi", "Kocaelispor", "Sarıyer", "Petrolofisi", "Əskişəhərspor", "Zeytinburnuspor", "Diyarbəkirspor", "Elazığspor", "Akçaabat Sebatspor", "Çaykur Rizəspor", "Dənizlispor", "Bursaspor", "Altay" və "Adana Dəmirspor"a başçılıq edib.

Həyatı Güvenç Kurtar 25 iyul 1950-ci ildə Türkiyənin Uşak vilayətində andan olub.

Karyerası

Futbolçu karyerası Güvenç Kurtar peşəkar karyerasına 1970-ci ildə "Beşiktaş"da başlayıb. Mövsümboyu oynadığı 15 matçda 3 dəfə fərqlənən sabiq hücumçu mövsümün sonunda "Mersin İdman Yurdu"na keçib. Aralıq dənizi sahilindəki macərası nisbətən uğurlu (24 oyun – 12 qol) alınıb, 24 oyuna 12 qol vurub. Liqa başa çatan kimi "Bursaspor"a keçib. İki mövsümə 25 dəfə "timsahlar"ın formasını geyinən oyunçu rəqib qapıçılarını cəmi 3 dəfə məyus edə bilib. Güvenç Kurtarın Bursadan sonrakı klubu "Altay" olub. Burda əvvəlkilərə nisbətən daha çox - 3 il keçirib. Sonrakı 5 mövsüm isə "Kocaelispor"un heyətində top qovan Kurtar 29 oyunda 8 qol vurub. Futbolçu karyerasını da məhz bu klubda 1982-ci ildə sonlandırıb. 12 illik futbolçu karyerasında 26 qol vurub.

Məşqçilik karyerası Güvenç Kurtar 8 il sonra baş məşqçi kimi futbola qayıdıb. "Bursaspor"u 91/92-də ikinci liqadan birinciyə-Superliqaya çıxardır. Əsas liqadakı ilk ilindəysə 4-cü yer tutur və UEFA Kubokuna vəsiqə qazanır. "Yaşıl-qırmızı" formalı Diyarbəkirspor klubunun 2000/01-də Superliqaya vəsiqə qazanması da Güvenç Kurtarın adıyla bağlıdı. 2014-cü ildə Azərbaycanın "Rəvan" klubunun baş məşqçisi təyin olunub. Kurtan "Rəvan"la bir illik müqavilə imzalayıb.

Uğurları

Futbolçu karyerasında Kocaelispor Türkiyə 1-ci Liqası Qalib (1): 1979-1980

Məşqçilik karyerasında Kocaelispor Türkiyə 1-ci Liqası Qalib (1): 1991-1992 Diyarbəkirspor Türkiyə 1-ci Liqası İkincilik (1): 2000-2001

İstinadlar

Xarici keçidlər Türkiyə Futbol Federasiyasının saytında səhifəsi Mackolik.com saytında futbolçu səhifəsi Mackolik.com saytında məşqçi səhifəsi

Kateqoriya:Türkiyə futbolçuları Kateqoriya:Beşiktaş PFK futbolçuları Kateqoriya:Dənizlispor baş məşqçiləri Kateqoriya:Bingölspor baş məşqçiləri Kateqoriya:Bursaspor baş məşqçiləri Kateqoriya:Diyarbəkirspor baş məşqçiləri Kateqoriya:Kocaelispor baş məşqçiləri Kateqoriya:Çaykur Rizəspor baş məşqçiləri Kateqoriya:Elazığspor baş məşqçiləri Kateqoriya:Adana Dəmirspor baş məşqçiləri Kateqoriya:Zeytinburnuspor baş məşqçiləri Kateqoriya:Adanaspor baş məşqçiləri Kateqoriya:Altay SK futbolçuları Kateqoriya:Türkiyə Super Liqası baş məşqçiləri Kateqoriya:Türkiyənin kişi futbolçuları Kateqoriya:Bursaspor futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları