Varaz Qriqor — Mehranilər sülaləsindən ilk Qafqaz Albaniyası çarı. Girdman knyazı II Vardın oğlu idi.Kiril Tumanov, Les dynasties de la Caucasie chrétienne de l'Antiquité jusqu'au xixe siècle : Tables généalogiques et chronologiques Bizans imperatoru İraklinin Qafqaza yürüşü zamanı xristianlığı qəbul etmişdi və onun tərəfindən Qafqaz Albaniyası hökmdarı olaraq bərpa edilmişdi. Varaz Qriqor bundan əvvəl Girdman knyazı idi. Babalarından biri olan knyaz I Varsken Sasanilər dövründə Albaniya mərzbanı təyin olunmuşdu. Varaz Qriqorun Albaniya çarı olmazdan əvvəl yaşadığı həyatı bilinmir. Onun dövründə ərəblərin İranı işğalı başlamışdı və şahın bütün vassalları kimi Varaz Qriqor da öz ordusunu köməyə göndərmişdi. İran müharibələrindən sonra Varaz Qriqorun müstəqil olmaq istəyi ilə barışa bilməyən III Yezdəgird onu həbs etdirdi və Albaniyada mərzban hakimiyyətini geri gətirmək istədi.Musa Kalankatlı, Alban tarixi Ölüm tarixi məlum deyil və Cavanşirin elə onun sağlığında taxta çıxdığı güman edilir.

Ailəsi Varaz Qriqor şahzadə Huriduxt ilə evlənmişdi. Övladları: Varaz Peroz — Cavanşir ilə birlikdə İrana qarşı üsyan etmişdi. Cavanşir — Albaniyanın XI çarı Yelena Mehrani — türk əsilli Cavidanla evlənmişdi. Yezad Xosrov — Cavanşir ilə birlikdə İrana qarşı üsyan etmişdi. Varazman

İstinadlar

Həmçinin bax

Xarici keçidlər

Kateqoriya:Hökmdarlar Kateqoriya:Qafqaz Albaniyası Kateqoriya:Girdiman knyazları