Anaksimen ya da Anaksimenes (yun. Ἀναξιμένης, ) — qədim yunan filosofu, Milet məktəbinin üçüncü nümayəndəsi, Anaksimandrın tələbəsi.
Fəlsəfəsi
Anaksimen ”havanı” ilk ünsür saymış və hər şeyin ondan yaranmasını iddia etmişdirGuthrie, W.K.C. "The Milesians: Anaximenes." A History of Greek Philosophy. Cambridge: Cambridge University Press, 1962, pp. 124-126.. Başqa şeylər isə havanın qatlaşması və seyrəkləşməsindən əmələ gəlmişdir. Onun iddiasına görə, hava seyrəkləşdikcə oda, qatlaşdıqca bərk maddə və mayelərə çevrilir. O həmçinin qeyd etmişdir ki, bunun nəticəsində hər şey müxtəlif formalar alır.
Anaksimenə görə hər şeyin başlanğıcı qeyri-məhdud havadır. Dünyada nə varsa, nə olubsa, gələcəkdə nə olacaqsa hətta tanrılar və ilahi şeylər də havadan yaranmışdır.
Fales kimi Anaksimenes də yeri yastı şəkildə təsəvvür edirdiFairbanks A. The First Philosophers of Greece. London, K. Paul, Trench, Trübner, 1898, p. 20.. O qeyd edirdi ki, yer havada üzür, həm də o həyatverici rol oynayır. Ruhlar havanın nəfəsi və onun əsməsidir. Həm də hava ruhları səmada planetləri saxladığı kimi saxlayır. Anaksimenes planetlərin yerə yaxınlıq məsafəsini də düzgün təyin etmişdir. O deyirdi ki, yerə ən yaxın olan planet aydır, ondan sonra isə günəş gəlir. Ən uzaqda olanlar isə ulduzlardır
Mənbə ("Fəlsəfəsi" bölümü)
Ədəbiyyat
Фрагменты ранних греческих философов, т. 1. — М.: Наука, 1989. — С. 129—135. Лосев А. Ф. История античной эстетики. Ранняя классика. — М.: Ладомир, 1994. — С. 312—317. Таннери П. Первые шаги древнегреческой науки. — СПб., 1902. Томсон Дж. Исследования по истории древнегреческого общества, т. 2. Первые философы. Пер. с англ. — М.: 1959. — С. 153—154. Трубецкой С. Н. Курс истории древней философии. — М.: Русский двор, 1997. Bicknell P. J. Anaximenes’ Astronomy // Acta Classica. — 1969. — Vol. 12. — P. 53-85. Graham D. W. Explaining the Cosmos: the Ionian Tradition of Scientific Philosophy. — Princeton, NJ: Princeton University Press, 2006. Graham D. W. A New Look at Anaximenes // History of Philosophy Quarterly. — 2003. — Vol. 20(1). — P. 1—20. White S. A. Milesian Measures: Time, Space, and Matter // In: P. Curd and D. Graham (Eds.), Oxford Handbook to Presocratic Philosophy. — Oxford: Oxford University Press, 2008. — P. 89—133.
Həmçinin bax Milet məktəbi Anaksimandr
İstinadlar
Kateqoriya:Fəlsəfə Kateqoriya:Fəlsəfə tarixi Kateqoriya:Antik fəlsəfə Kateqoriya:Yunanıstan filosofları Kateqoriya:Sokrataqədərki filosoflar Kateqoriya:Qədim Yunanıstan fəlsəfəsi Kateqoriya:E.ə. VI əsr filosofları