Ayaz Bəxtiyar oğlu Quliyev (; ) — Azərbaycan əsilli Rusiya futbolçusu, hazırda "Sabah" futbol klubunda çıxış edir.
Həyatı Azərbaycan əsilli futbolçu Ayaz Bəxtiyar oğlu Quliyev 27 noyabr 1996-cı ildə Rusiyanın Moskva şəhərində anadan olmuşdur. Əslən Masallı rayonunun Boradigah qəsəbəsindən olan Ayaz hal-hazırda "Rostov" FK və Rusiyanın gənclərdən ibarət yığmasında yarımmüdafiəçi kimi çıxış edir. Ayaz ailənin ilk övladıdır. Onun futbola marağı uşaq yaşlarından özünü göstərməyə başlamışdı. O, 5 yaşında Moskvada "Spartak-2" idman məktəbinə daxil olur. 2002-ci ildə Ayaz "Spartak"ın altıyaşlı futbolçularından ibarət qrupa keçir. 2011-ci ildə Quliyev Rusiyanın yeniyetmələrədən ibarət milli komandasına daxil edilir.
Orta təhsilini Moskvada bitirən Ayaz ali təhsilini də Moskvada almışdır. 2013-cü ildə Moskva Dövlət Bədən tərbiyəsi Akademiyasına daxil olmuş və 2017-ci ildə Akademiyanı bitirmişdir.
Karyerası 2013-cü ildə İngiltərə və Rusiya komandaları arasında keçirilən oyunda Ayaz mükəmməl oyun nümayiş etdirmişdi. O, bu qarşılaşmanın ilk qolunu vurmuş və bu qol həftənin ən gözəl qolu seçilmişdi. Ayaz 2016-cı ilin noyabr ayında Rusiya ilə İsveçrə milli komandaları arasında keçirilən oyunda meydana fasilədən sonra çıxır və oyunun son həll edici qolunu vuraraq oyunun nəticəsini heç-heçə edir.(2:2) Moskva Spartakının yetirməsi 2017-ci ilin əvvəllərində Mahaçqalanın "Anji" futbol klubuna transfer olmuşdu. Rusiya PL-da keçirilən "Zenit-Anji" futbol klublarının oyununda Quliyev oyunun ən yaxşı oyunçularından biri idi. 2018-ci ildən Ayaz Rusiyanın "Rostov" futbol klubuna daxil olub. Bu yaxınlarda Rusiya PL-nın 4-cü turunun görüşləri zaman "Rostov" futbol klubu "Yeniseyi" qarşılayıb. "Rostov" bu oyunda 4:0 hesabı ilə qələbə qazanıb. Bu oyunda Ayaz 90 dəqiqə meydanda olub. Ayaz vurulan qollardan birinin ötürməsini edib və özü oyunun son və həlledici qolunu vurub. Quliyev bu oyunun da ən yaxşı oyunçusu seçilib. Quliyev 2019-cu ilin yanvarında 3 milyon avro müqabilində "Spartak"Moskva klubuna transfer oldu.
Qeydlər
İstinadlar
Xarici keçidlər Futbolçu Ayaz Quliyev Rusiyanın U-17 yığma komandasına çağırılıb Azərbaycanlı futbolçunun zərbəsi həftənin ən gözəl qolları siyahısında ayaz quliyev
Kateqoriya:Rusiya futbolçuları Kateqoriya:Azərbaycanda legioner Rusiya idmançıları Kateqoriya:Anji Mahaçqala FK futbolçuları Kateqoriya:Rostov FK futbolçuları Kateqoriya:Spartak Moskva FK futbolçuları Kateqoriya:Arsenal Tula FK futbolçuları Kateqoriya:Ximki FK futbolçuları Kateqoriya:Sabah FK futbolçuları Kateqoriya:Rusiya azərbaycanlıları Kateqoriya:Legioner Rusiya futbolçuları Kateqoriya:Rusiya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Rusiya Milli Futbol Liqası futbolçuları Kateqoriya:Rusiya Peşəkar Futbol Liqası futbolçuları Kateqoriya:Rusiya Premyer Liqası futbolçuları Kateqoriya:Rusiya milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Rusəsilli azərbaycanlılar Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri