Teymur Bayram oğlu Məmmədov () — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2018).
Həyatı Teymur Bayram oğlu Məmmədov 23 fevral 1960-cı ildə Ağdamın Yusifcanlı kəndində anadan olub. İncəsənət İnstitutunda dram-kino aktyorluğu fakültəsində təhsil alıb (1978–1982, Nəsir Sadıqzadənin kursu). 1982–1984-cü illərdə hərbi xidmətdə olub.
Fəaliyyəti İncəsənət İnstitutunu bitirdikdən sonra təyinatla 1982-ci ildən Ağdam Teatrında işləməyə başlayıb. Hərbi xidmətdən sonra Şuşa Mədəni Maarif Texnikumunda ixtisas müəllimi işləyib. Teymur Məmmədov Şuşa Teatrının yaradıcılarından biridir. 1990-cı ildən Şuşa Dövlət Musiqili Dram Teatrında aktyor kimi fəaliyyət göstərir. Teymur Məmmədov həm də ANS televiziyasında yayımlanan "Qulp", "Mübarizə" verilişlərində fəaliyyət göstərib.
27 may 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Mükafatları Azərbaycan Respublikasının əməkdar artisti — 2018
Filmoqrafiya
Teatr Soltan bəy ("Arşın mal alan", Üzeyir Hacıbəyov) Murtuzov ("Özümüz bilərik", Süleyman Ələsgərov və Şıxəli Qurbanov) Hüsaməddin Alovlu ("Şuşa dağlarını duman bürüyüb", Elçin) Usta Ərdaş ("Pənah evi", Ələmdar Quluzadə) Şaban ağa ("Bayramın birinci günü", Nazim Hikmət) Nazir ("Sehirli kreslo", Fridyeş Karinti) Əsgər bəy ("Millət dostları", Əbdürrəhim bəy Haqverdiyev) Əliqulu ("Tamahkar", Süleyman Sani Axundov) Nəcəf bəy ("Dağılan tifaq", Əbdürrəhim bəy Haqverdiyev) Zülfüqar bəy ("Kamança", Cəlil Məmmədquluzadə) Aparıcı ("Güllələnmiş heykəllərin fəryadı", Hüseynbala Mirələmov) Fərəc ("Sən həmişə mənimləsən", İlyas Əfəndiyev) Kərim ("Durna", Səid Rüstəmov və Süleyman Rüstəm).
Kino İnterpapa (film, 2006) (tammetrajlı bədii film) 40-cı qapı (film, 2008) (tammetrajlı bədii film) — milis rəisi Bacanaqlar (film, 2009) (serial) 3 bacı (film, 2012-2014) (bədii serial) — pəltək kişi Ögey ata (film, 2013) (tammetrajlı bədii film) — Sərvət müəllim Qız atası (teleserial, 2014) (serial) — Vidadi Axınla aşağı (film, 2014) (tammetrajlı bədii film) — Arif My name is İntiqam (film, 2014) (tammetrajlı bədii film) — Fəzail Hozu (film, 2017) (tammetrajlı bədii film) Sən demə (film, 2020) — Səməndər Quds filmi 2007 ci il Kəndimizə qayıt (film, 2020) — Hətəm Tağıyev. Sona (film, 2025) — Şəmsi Əsədullayev
İstinadlar
Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Ağdam rayonunda doğulanlar Kateqoriya:XXI əsr Azərbaycan aktyorları