Gülbacı İmanova () — Azərbaycan dirijoru. Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və dirijoru, Azərbaycan Respublikasının xalq artisti (2005), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2022-ci ildən).

Həyatı Gülbacı Əliəkbər qızı İmanova 1956-cı il fevralın 13-də Bakı şəhərində anadan olmuşdur.1980-ci ildə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının xor dirijorluğu fakültəsini bitirmişdir.1980-ci ildən BMA-da "xor dirijorluğu" ixtisasından və xor fənnlərinin metodikasından dərs deyib.1993-cü ildən etibarən Bakı Musiqi Akademiyasında dirijorluq kafedrasında çalışır.1989-cu ildən Ş. Məmmədova adına Opera studiyasında baş xormeyster kimi fəaliyyət göstərir.1996-cı ildə Azərbaycan Dövlət Xor Kapellasına bədii rəhbər və baş dirijor vəzifəsinə təyin edilib. Hazırda bu vəzifədə çalışır.2000-ci ilin oktyabr ayında "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adına,2005-ci ildə isə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adına layiq görülmüşdür1999-cu ildə BMA-nın "dirijorluq" kafedrasına dosent vəzifəsinə müsabiqə ilə keçmişdir. Hal-hazırda kafedranın professoru vəzifəsində çalışır.1996-cı ildə Gürcüstan respublikasının Mədəniyyət nazirliyinin, eləcə də prezident E. A. Şevardnadzenin fəxri fərmanlarına layıq görülmüşdür.1999–2000-ci illərdə G. İmanova Türkiyə Cümhuriyyətinin fəxri fərmanlarına və mükafatlarına layıq görülüb. Müəllimlik etdiyi vaxtdan bir sıra dirijor-xormeyster yetişdirmişdir. Onlar arasında 5 magistr, 10 bakalavr və assistent-aspirant var. Evlidir. 3 övladı var

Mükafatları 1996 — Gürcüstan respublikasının mədəniyyət nazirliyinin və prezident E. A. Şevardnadzenin bir çox fəxri fərmanları 1999–2000 — Türkiyə Cümhuriyyətinin fəxri fərmanları və mükafatları 2000 — "Azərbaycanın əməkdar incəsənət xadimi" fəxri adı 2005 — Xalq artisti 2011 — Prezident mükafatı 30 aprel 2014-cü ildə növbəti dəfə Prezident Mükafatına layiq görülmüşdür. 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 6 may 2016-cı ildə Prezident Mükafatına layiq görülmüşdür. 1 may 2017-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 9 may 2018-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 10 may 2019-cu ildə Prezident Mükafatına layiq görülmüşdür. 7 may 2020-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 10 may 2022-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

İstinadlar

Mənbə Musiqi Akademiyası Qəbələ Beynəlxalq Musiqi Festivalı

Xarici keçidlər Məşhur qadın dirijor Qadın iradəsi və dirijor iradəsi

Kateqoriya:Azərbaycan xor dirijorları Kateqoriya:Azərbaycan dirijorları Kateqoriya:Azərbaycan Respublikasının əməkdar incəsənət xadimləri Kateqoriya:Azərbaycan Respublikasının xalq artistləri Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin mükafatı laureatları