Demon Hunter — 2000-ci ildə Ryan Klark və Don Klark qardaşları tərəfindən Sietldə yaradılan ABŞ metal musiqi qrupu.
Haqqında Qardaşların ilk qurduqları qrup "Training for Utopia" qrupu olmuşdur. 1996–2000-ci illərdə fəaliyyət göstərmişdir. "Demon Hunter" də Don Clark daha sonra ailəsi ilə çox vaxt keçirtmək üçün 2009-cu ildə qrupdan ayrıldı. Qrupun üslubu müxtəlifdir, Melodik Metalcore və Alternativ metal tərzin də ifa edir.2002-ci ildə "Solid State" albom şirkəti ilə ilk "Infected", "Through the Black" sinqllərini və "Demon Hunter" albomlarını çıxartdılar, albom 10 trekdən ibarət idi. Qrupun 2010-cu ilə qədər artıq yarım milyon albom diskləri satılmışdır.
Qrup üzvləri
İndiki üzvləri Ryan Clark — vokal, gitara (2000–ildən) Jon Dunn — bass (2003–ildən) Timothy "Yogi" Watts — baraban (2004–ildən) Patrick Judge — gitara, köməkçi vokalda (2009–ildən) Jeremiah Scott — gitara (2011–ildən)
Keçmiş üzvləri Jesse Sprinkle — baraban (2000–2004) Kris McCaddon — gitara (2003–2005) Don Clark — gitara, köməkçi vokalda (2003–2009) Ethan Luck — gitara, köməkçi vokalda (2005–2009) Ryan Helm — gitara (2009–2011)
Diskoqrafiya
Studiya albomları Demon Hunter (2002) Summer of Darkness (2004) The Triptych (2005) Storm the Gates of Hell (2007) The World Is a Thorn (2010) True Defiance (2012) Extremist (2014) Outlive (2017)
Kateqoriya:ABŞ metal musiqi qrupları Kateqoriya:2000-ci ildə yaranan musiqi qrupları Kateqoriya:ABŞ metalkor musiqi qrupları