Əzizağa Ağayar oğlu Əzizov (20 oktyabr 1960, Hacıqabul, Azərbaycan SSR, SSRİ) — Azərbaycanlı aktyor, Azərbaycanın əməkdar artisti (2015).
Həyatı 20 oktyabr 1960-cı ildə Hacıqabul rayonunda anadan olmuşdur. Hərbi dənizçilik sahəsinə üz tutmaq istəsə də, təsadüf nəticəsində incəsənət sahəsinə gəlmişdir. 1983-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili Komediya aktyoru fakültəsini bitirib.
İş fəaliyyətinə 1985-ci ildə Gəncə Dövlət Dram teatrına II kateqoriyalı aktyor kimi başlayıb.
1986-cı ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında işləyib.
1999-cu ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktyor vəzifəsində çalışır. Teatrda çalışdığı illərdə Ə.Əzizov özünü epizodik və əsas rolların bacarıqlı ifaçısı kimi göstərib. Azərbaycan dramaturqlarının eləcə də, xarici ölkə yazıçılarının əsərlərində onlarla yadda qalan surətlər yaradıb. "O olmasın, bu olsun"da Qoçu, "Bankir adaxlı"da Zaur, "Əlin cibində olsun"da 1-ci adam, "Volqalı canan"da Doymarov, "Səhnədə məhəbbət"də Şvartseneger, "Aldın payını, çağır dayını"da Məzarov, "Bir günlük xəlifəlik"də şah və s. kimi yaddaqalan obrazları yaratmış Ə.Əzizov, həmçinin televiziya tamaşalarında və verlişlərində də duzlu, məzəli obrazlar yaratmaqda davam edir.
14 sentyabr 2015-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 10 may 2022-ci ildə, 6 may 2023-cü ildə, 9 may 2024-cü ildə və 7 may 2026-cı ildə Prezident Mükafatına layiq görülmüşdür.
Evlidir, 2 övladı var.
Filmoqrafiya İl Film Rol Qeyd2002 Yaşıl eynəkli adam-3 (film, 2002) 2003 Dəvətnamə (film, 2003) 2004 Şans (film, 2004) 2006 Hərənin öz payı+tayı (film, 2006) 2008 Ci-Mi (film, 2008) Maxmud Baș rol2008 Qovğalı kəndinin gecələri (film, 2008) 2011 Aramızda qalsın (film, 2011-2013) Əjdər Orta rol2012 Varlı qız, kasıb oğlan (teleserial, 2012) Azad Epizodik rol2013 Bir ailəm var (teleserial, 2013) Kərim 2016 2 ömür (film, 2016-2017) Azad 2017 Baldız (teleserial, 2017) Müşfiq Hüseynov
İstinadlar
Mənbə Əzizağa Əzizov
Xarici keçidlər Səda - “Qızıl toy” tamaşası keçirilib
Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:Hacıqabulda doğulanlar Kateqoriya:XXI əsr Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin mükafatı laureatları