Yaşıl mil () — 1999-cu ildə istehsal olunmuşdur. Rejissoru ve ssenaristi Frenk Darabontdur. Film Stiven Kinqin eyniadlı romanı əsasında çəkilmişdir. Film, "Ən Yaxşı Film", "Ən Yaxşı Köməkçı Kişi Aktyor", "Ən Yaxşı Film Musiqisi" naminasiyalari üzrə "Oskar" mükafatına namizəd göstərilmişdir.

Məzmun Kifayət qədər yekəpər olan Con Koffi iki balaca qızın öldürülməsində təqsirli bilinir. Vahiməli görüntüsünün əksinə olduqca incə və qarışıq iç dünyası olan Koffi bəzi fövqəlbəşər güclərə sahibdir. Təcridxananın edam otağı baş gözətçisi Paul Edgecombun ondan həqiqətən günahkar olub olmadığını soruşması ilə birlikdə aralarında bir dialoq başdıyır. Xəstə olan Paul Edgecomb Koffinin gücləri sayəsində sağalması ilə hadisələr inkişaf etməyə başlayır. Koffi fövqəlbəşər gücü sayəsində öz içinə çəkdiyi xəstəlikləri ağzından sərbəst buraxaraq həyatına davam edir. Edgecombun Koffi bu gücünün fərqinə varmasıyla ona olan münasibəti dəyişməyə başlayır. Koffi bu gücü sayəsində möcüzələr yaradır və Edgecomb bu möcüzə insanın həyatına davam etməsinin vacib olduğunu düşünür. İrəliləyən süjet xəttində hadisələr bu xətt üzrə inkişaf edir.

Çəkiliş yeri

Çəkiliş məkanı kimi indi istifadəsiz qalan Tennessee Dövlət Cəzaçəkmə Müəssisəsi qərar verilmişdir. Edamların həyata keçirildiyi elektrik kreslonun dizaynı hazırlanarkən, Nyu-Yorkdakı Sing Sing həbsxanasının reallığından istifadə edilmişdir.

Rollarda

Aktyor Rol Tom Hanks Paul Edgecomb David Morse Brutus 'Brutal' Howell Bonnie Hunt Jan Edgecomb Michael Clarke Duncan John Coffey James Cromwell Hal Moores Michael Jeter Eduard 'Del' Delacroix Graham Greene Arlen Bitterbuck Doug Hutchison Percy Wetmore

Film haqqında şərhlər və fikirlər

Film tənqidçilər tərəfindən Stephen Kingin romanının yaxşı bir uyğunlaşması kimi bəyənilmişdir. Romandan yalnız çox az bir hissə çıxarıldığı üçün üç saat davam edən bir film olmuşdur.

Film, IMDb (İnternet Film Məlumat bazası) siyahısında 2014-cü ilin Fevral ayı etibarilə təxminən 492,188 adamın səsi ilə 10 baldan orta hesabla 8,5 bal yığaraq ən yaxşı 250 film arasında 45-ci yeri əldə etmişdir.

İstinadlar

Kateqoriya:ABŞ filmləri Kateqoriya:1999-cu ilin filmləri Kateqoriya:Warner Bros. Kateqoriya:ABŞ-nin zorlama haqqında filmləri Kateqoriya:ABŞ-nin fentezi dram filmləri Kateqoriya:Luiziana haqqında filmlər Kateqoriya:1999-cu ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin cinayət dram filmləri Kateqoriya:Həbsxana filmləri Kateqoriya:Warner Bros. filmləri Kateqoriya:Universal Pictures filmləri Kateqoriya:Saturn mükafatı qazanmış filmlər Kateqoriya:ABŞ-də irqçilik haqqında filmlər Kateqoriya:İngilis dilində cinayət dram filmləri Kateqoriya:Ölüm cəzası haqqında filmlər Kateqoriya:ABŞ romanlarına əsaslanan filmlər Kateqoriya:1990-cı illərin dram filmləri Kateqoriya:Fantastika romanları əsasında çəkilən filmlər Kateqoriya:1990-cı illərin ABŞ filmləri Kateqoriya:1990-cı illərin ingilis dilli filmləri Kateqoriya:Dramlar Kateqoriya:Filmlərdə magik realizm Kateqoriya:1999-cu il haqqında filmlər Kateqoriya:Qocalıq ilə əlaqədar filmlər