Sirac Göycə oğlu Göycəyev — Sosialist Əməyi Qəhrəmanı
Həyatı 1897-ci ildə indiki Ağsu rayonunun inzibati ərazi vahidinə daxil olan Bico kəndində doğulmuşdur. İkinci dünya müharibəsində alman faşistlərinə qarşı döyüşlərdə iştirak etmişdir. Ordudan qayıtdıqdan sonra kənd təsərrüfatı sahəsində çalışmışdır. 1948-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.
Eyni ildə Sosialist Əməyi Qəhrəmanı adı ilə təltif edilmiş, eyni kənddən olan 6 nəfərdən biridir.
Bico kəndindəki M.Əzizbəyov adında kolxozda 1972-ci ilə qədər briqadir işləmiş, sonra İttifaq əhəmiyyətli fərdi təqaüdə çıxmişdır.
Bico kəndində vəfat etmişdir.
Təltifləri "Sosialist Əməyi Qəhrəmanı"
İstinadlar
Kateqoriya:Sosialist əməyi qəhrəmanları Kateqoriya:İkinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:Ağsuda doğulanlar Kateqoriya:Ağsuda vəfat edənlər Kateqoriya:Sovet İttifaqı əhəmiyyətli fərdi təqaüdçülər