Kələqoparan — Quba rayonunun ərazisində dağ.

Dağ Quba rayonunun Yerfi kəndindən şimali-şərqdə yerləşir. Hündürlüyü 2070 m. Əsli Kəlləqoparandır və həmin dağın ətəyində və yamaclarındakı çox soyuq sulu bulaqların ümumi adıdır. İsti havada içildikdə dərhal başağrısı verdiyinə görə belə adlandırılmışdır. Dağ öz adını həmin bulaqlardan almışdır. Yerli əhalinin məlumatına görə, keçmişdə ətraf rayonların əhalisi yay vaxtı Babadağına ziyarətə gedərkən həmin bulaqlardan ehtiyat su götürürdülər. Oronim Qalaqoparan variantında da qeydə alınmışdır.

Mənbə Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. I cild, səh.391.

Həmçinin bax

Kateqoriya:Quba rayonunun dağları Kateqoriya:Azərbaycanda dağ zirvələri