Mətanət Ağazair qızı Atakişiyeva () — Azərbaycan aktrisası, Azərbaycan Respublikanın Əməkdar artisti (2002).
Həyatı Mətanət Atakişiyeva 16 may 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1983-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Həmin ildən də Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilmişdir. Bu teatrın səhnəsində çox sayda tamaşada rol almışdır. Bundan başqa aktrisa bir neçə teletamaşada və filmdə çəkilmişdir.
M. Atakişiyeva 2002-ci ildə Azərbaycan Respublikanın Əməkdar artisti fəxri adına layiq görülmüşdür. 2013-cü ilin mayında teatr sahəsindəki xidmətlərinə görə "Humay" milli mükafatını almışdır. 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2022-ci ildə, 6 may 2023-cü ildə, 9 may 2024-cü ildə, 7 may 2026-cı ildə Prezident Mükafatına layiq görülmüşdür.
Əsas rolları İblis (H. Cavid) — qaraçı Atabəylər (N. Həsənzadə) — kəniz Sehrli alma (Y. Lada) — dayə Nişanlı qız (S. Rəhman) — Qəmər Od gəlini (C. Cabbarlı) — 2-ci qız Ah, Paris… Paris!.. (Elçin) — Gülər xanım Vaqif (S. Vurğun) — Gülnar Torpağa sancılan qılınc (N. Xəzri) — Gönçəqız Şeyx Xiyabani (İ. Əfəndiyev) — Səhər Məlik Məmməd (nağıl-tamaşa) — ispan gözəli; Gülçin; nağılçı Mənsiz dünya (N. Xəzri) — Qaratel Yalan (S. Rəhman) — Xumar Məhəbbət və azadlıq (G. Fiqeryedu) — Kleya Fərhad və Şirin (S. Vurğun) — Fitnə Özümüzü kəsən qılınc (B. Vahabzadə) — Mələk Burla Xatun (N. Xəzri) — Qısırca yengə Bu dünyanın adamları (Hidayət) — Səkinə Ulduz yaxud Ədirnə fəthi (C. Cabbarlı) — havalı qadın Ağqoyunlular və qaraqoyunlular (Ə. Əmirli) — Qaraqoyunlu bibi Brüsseldən məktublar (H. Həsənov) — Tubu xanım Axundova Qatil (Elçin) — Xanım Həsənzadə Ölüləri qəbiristanlıqda basdırın (İ. Şıxlı) — Sərvinaz bəyim Kaş araba aşmayaydı (O. İoseliani) — Tasiya Xəcalət (H. Mirələmov) — Fərqanə Eloğlu (A. Şaiq) — Anaxanım Şekspir (Elçin) — Sara Bernard Əmir Teymur (H. Cavid) — Dilşad
Filmoqrafiya Gümüşgöl əfsanəsi (film, 1984) — rol: Nərgiz Ordan-burdan (film, 1987) — rol: Rənanın rəfiqəsi Dəvətnamə (film, 2003) — rol: Firuzə Tənha durna uçuşu (film, 2003) Cavid ömrü (film, 2007) Absurdistan (film, 2008) (tammetrajlı bədii film) — rol: polisin arvadı Ayrılıq imiş (film, 2008) Vəkil hanı? (film, 2011) Ləyaqət hücrəsi (film, 2011) Mürafiə vəkillərinin hekayəti (film, 2011) Sübhün səfiri (film, 2012) Həyat çiçəyi (teleserial, 2013) Həyat sən nə qəribəsən (teleserial, 2013) Məhəbbət və susuzluq (film) İnanmırsansa (film) — rol: Arzu Yunus İmrə (film) — rol: Fatma
İstinadlar
Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları