Nokia E6 — Nokia şirkəti tərəfindən istehsal olunan mobil telefon.

Xarakteristikası

Qurğu monoblok korpusda hazırlanmış, 2,46 düym diaqonallı və 640×480 nöqtə kəskinlikli sensor ekran və QWERTY düzülüşlü klaviatura ilə təchiz edilib. Əməli yaddaşın tutumu 256 MB, birləşdirilmiş fləş daşıyıcının tutumu isə 8 QB təşkil edir. Smartfonun arsenalında — FM tüner, Bluetooth 3.0 və Wi-Fi-in (802.11b/g/n) simsiz əlaqə adapterləri, akselerometr, rəqəmli kompas, GPS peyk naviqasiya sistemi qəbuledicisi, yaxınlıq və işıqlanma dərəcəsi tənzimçiləri vardır. Telefon 8 meqapiksel kamera və 720p formatında video yazmaq imkanı ilə təchiz olunub. Nokia E6 modeli GSM/EDGE 850/900/1800/1900 MHz və WCDMA 850/900/1700/1900/2100 MHz şəbəkələrində istifadəyə hesablanıb.

İstinadlar

Xarici keçidlər

Nokia E6-00 support

Kateqoriya:2011-ci ildə yarananlar Kateqoriya:Nokia mobil telefonları Kateqoriya:Nokia smartfonları