Şarlotta Lüsi Gensbur (; ) — Böyük Britaniya — Fransa aktrisası və müğənnisi.

Həyatı Şarlotta Gensbur 21 iyul 1971-ci ildə Londonda anadan olmuşdur. O, müğənni, rejissor və aktyor Serj Gensbur və müğənni-aktrisa olan Ceyn Birkinin ailəsində doğulmuşdu. İsveçrədəki Beau Soleil özəl məktəbində təhsil almışdır.

Yaradıcılığı

Kino Şarlotta Gensbur aktyorluq fəaliyyətinə 1984-cü ildə 13 yaşında çəkildiyi "Sözlər və musiqi" filmilə başlayıb. Bu filmdə o, Katrin Denövün qəhrəmanının qızını ifa edirdi. Karyerasına yeni başlayan aktrisa artıq 2 ildən sonra Klod Millerin "Ədəbsiz qız" filmindəki roluna görə "Sezar" mükafatına layiq görüldü. Şarlotta "Sement bağ" filmindən sonra 1990-cı illərdə beynəlxalq uğur əldə etdi. Bu film valideynlərinin ölümündən sonra bacı və qardaşın dramatik hekayəsindən bəhs edirdi.

2000-ci ildə Gensbur "Milad piroqu" filmindəki roluna görə artıq ən yaxşı aktrisa nominasiyasında "Sezar" mükafatına layiq görülür. Bundan sonra iki dəfə bu mükafata namizəd olmuşdur. 2001-ci ildə Şarlotta Gensbur Kann kinofestivalının münsiflər heyətinin üzvü olmuşdur. 2006-cı ildə tamaşaçılar onu "Lemminq" psixoloji dramında Benedikta rolunda izlədilər. Bundan başqa 2006-cı ilin payızında Mişel Qondrinin uzun müddət gözlənilən "Yuxu elmi" filmi dünya ekranlarına çıxır. Bu filmdə Gensbur Meksika aktyoru Qael Qarsiya Bernalla birlikdə çəkilmişdi.

Musiqi Şarlotta Gensbur müğənni kimi də fəaliyyət göstərir. Onun vokal debütü 1983-cü ildə atası ilə birgə ifa etdiyi Lemon Incest dueti olur. Bundan sonra Gensbur öz iştirakı ilə çəkilən bir neçə filmə mahnı yazmışdır. Bu mahnıları "Əbədi Şarlotta", "Sevgi və s.", "Biri gedir, o biri qalır" filmlərində eşitmək olar. Onun hətta bir neçə solo albomu da işıq üzü görmüşdür: Charlotte for Ever (1986), 5:55 (2006), IRM (2009) və Stage Whisper (2012).

Ekranda özünə baxmağı və səsinə qulaq asmağı sevməsə də, kino və musiqi sahəsində bir çox nailiyyətləri var.

Şəxsi həyatı 1990-cı illərdən etibarən Şarlotta aktyor və rejissor İvan Attalla vətəndaş nikahındadır. Cütlüyün Ben Attal, Elis Attal və Co Attal adlı üç övladı var. Onlar ailəvi Parisdə yaşayırlar.

Səhhəti ilə bağlı problemlər Aktrisa 2007-ci ilin yayında ABŞ-da beyindaxili qanaxmaya məruz qalmışdır. Həmin ilin 5 sentyabrında o, Paris xəstəxanalarının birində uğurlu beyin əməliyyatı keçirmişdir.

Filmoqrafiya Sözlər və musiqi (1984) / Paroles et Musique Ədəbsiz qız (1985) / L’Effrontée Əbədi Şarlotta (1986) / Charlotte For Ever Təşəkkür, həyat (1991) / Merci la vie Sement bağ (1992) / The Cement Garden Aşiq (1992) / Amoureuse Ceyn Eyr (film, 1996) / Jane Eyre Sevgi və s. (1996) / Love etc. Milad piroqu (1999) / La Bûche Səfillər (2000) / Les misérables Feliks və Lola (2001) / Felix et lola Mənim arvadım aktrisadır (2001) / Ma femme est une actrice 21 qram (2003) / 21 Grams Lemminq (2005) / Lemming Biri gedir, o biri qalır (2005) / L’un reste, l’autre part Yuxu elmi (2006) / La Science des Rêves Subay qalaraq necə evlənməli? (2006) / Prête-moi ta main Mən orada yoxam (2007) / I’m Not There Antixrist (film, 2009) / Antichrist Ağac (2010) / The Tree Melanxoliya (2011) / Melancholia Narahat etməyin (2012) / Do Not Disturb Nimfoman (2013) / Nymphomaniac Ceki qadınlar məmləkətində (2014) / Jacky au royaume des filles Samba (2014) / Samba Hər şey yaxşı olacaq (2015) / Every Thing Will Be Fine Müstəqillik günü: Dirçəliş (2016) / Independence Day: Resurgence

Diskoqrafiya Charlotte for Ever (1986) 5:55 (2006) IRM (2009) Stage Whisper (2012)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Birləşmiş Krallıq aktrisaları Kateqoriya:Fransa aktrisaları Kateqoriya:Britaniya müğənniləri Kateqoriya:Fransa müğənniləri Kateqoriya:XXI əsr İngiltərə aktrisaları Kateqoriya:Sezar mükafatı laureatları Kateqoriya:XX əsr müğənniləri Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:"İncəsənət və ədəbiyyat" ordeni zabitləri Kateqoriya:Atlantic Records artistləri Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:XXI əsr Fransa yəhudiləri Kateqoriya:Uşaq aktyorlar