Hacı Surxay Məmmədli (tam adı: Surxay Məmməd oğlu Məmmədli) — azərbaycanlı ilahiyyatçı-din xadimi, ilahiyyat elmləri doktoru, İçərişəhər “Cümə” məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi (2004—h.h.), Qafqaz Müsəlmanları İdarəsinin Dərbənd şəhəri üzrə səlahiyyətli nümayəndəsi (1997—2004).

Həyatı

Surxay Məmməd oğlu Məmmədli 5 may 1968-ci ildə Masallı rayonunun Sirəbil kəndində anadan olub.

Orta təhsilini Sirəbildə almışdır. 1990-cı ildə Qafqaz İslam Universitetinə daxil olub və oxuduğu zamanda həmin universitetdə müəllim vəzifəsində çalışmışdır. Tələbəlik illərində Azərbaycan Müsəlman Gənclər Birliyinə sədrlik edib.

1993-cü ildə Bakının Xətai rayonunun Əhmədli qəsəbəsinə axund təyin olunub. 1997-2004-cü illərdə Rusiyanın Dağıstan Respublikasının Dərbənd şəhərində Qafqaz Musəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi vəzifəsində çalışıb. 2004-cü ildən İçərişəhər “Cümə” məscidinin axundu və eyni adlı dini icmanın rəhbəridir.

2016-cı ildə Rusiyanın Təhsil və Elm Nazirliyinin Ali Attestasiya Komissiyasının qərarı əsasında ilahiyyat elmləri doktoru elmi dərəcəsi verilib.

Ailəlidir, 2-si oğlan, 1-i qız, 3 övladı var.

Azərbaycan, Ərəb, Fars, Rus və ingilis dillərini bilir.

Kitabları

"İslamda əxlaq" "İslam maarifində dünyaya münasibət" "Təsəvvüf"

İstinadlar

Həmçinin bax

Xarici keçidlər

Sabiq rəsmi saytı

“Şou aləmində bəziləri gündəmə gəlmək üçün “Həci”lərdən istifadə edirlər”- Hacı Surxay

Kateqoriya:Masallıda doğulanlar Kateqoriya:Hacılar