Zəki Ruhulla oğlu Şükürov () — neftayıran, Sosialist Əməyi Qəhrəmanı (1959).

Həyatı Zəki Ruhulla oğlu Şükürov 1 yanvar 1905-ci ildə Cənubi Azərbaycanın Ərdəbil mahalının Mərəlli kəndində anadan olub.

Əmək fəaliyyətinə 1920-ci ildə başlamışdır. 1930-cu ildən Vanno Sturua ad. Neftayırma zavodunda operator köməkçisi, 1933-cü ildən operator, 1936-cı ildən baş operator, 1941-ci ildən qurğu rəisi, 1982-ci ildən operator vəzifəsində çalışmışdır. 1986-cı ildən pensiyadadır.

Azərbaycan Kommunist Partiyası 28 və 29-cu qurultaylarının nümayəndəsi olmuşdur. İki dəfə Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni və medallarla təltif edilmişdir.

Şükürov haqqında sənədli film çəkilmişdir (1974).

Filmoqrafiya Mənim həyatım (film, 1971)

İstinadlar

Kateqoriya:Ərdəbildə doğulanlar Kateqoriya:SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər