Saamilər — yerli Fin-uqor xalqı. Arktika sahəsi olan Sampidə yaşayırlar. Bu gün həmin ərazi Norveç, İsveç və Finlandiyanın uzaq şimal hissələrini, Rusiyanın Kola yarımadasını, cənubi və orta İsveç ilə Norveç arasındakı sərhəd zonasını əhatə edir.

Tarix Norveç-əhalisi ərazisinə görə az, qeyri-bərabər paylanmış, lakin eyni zamanda çox fərqli, onun irsi xəzinəsinin bir hissəsini təşkil edən ölkə. Norveçin əhalisi 4,7 mln., 90%-i norveçlilərdən, digəri isə az sayda immiqrantlardan (isveçlər, almanlar, ingilislər və digər), kvenlərdən, digər milli azlıqlardan və həm Norveçin milli azlığı sayılan, həm dəki yerli əhalisi sayılan Saamilər. Günəşin və küləyin övladları adlanan Saamilər faktiki olaraq 4 ölkənin aborigen əhalisidir: Norveç, İsveç, Finlandiya, Rusiya. Sonuncu Buz dövrü ərzində Skandinaviya yarımadasının ərazisi buzla örtülü idi. Təxminən 10 min il əvvəl sahil ərazilərinin buzları əriməyə başladı. Quşlar, heyvanlar və xüsusən marallar buzlaqlar ətrafında qida tapmağa müvəffəq oldular. Və heyvanların ardınca bu yerlərə insanlar gəldilər. Şimal ərazilərinə gələn insanlar müxtəlif yerlərdən bura köç etmişdilər. Bəziləri Norveç sahillərindən, bəziləri müasir İsveç ərazisində yerləşən Bottenvikendən, digərləri Finlandiya və Rusiya ərazisindən gəlmişdi. Onlar demək olar ki, tamamilə müxtəlif insanlardan ibarət bu gün isə Saami adlanan xalqı əmələ gətirdilər. Norveçdə yaşayan Saamilərin sayı 30–50000 idi, daha çox hissəsi Finnmark ərazisinin payına düşürdü.

Sapmi sözü özü də Saamilərin burda tarixdən çox əvvəlki zamanlarda yaşadıqlarına işarə edir. Norveç dilindən Sapmi sözü – SAMİ Vətəni, saamilərin yaşadığı torpaq kimi tərcümə olunur.

Norveç Saamiləri adətən 3 qrupa ayrılır. Şimal saamiləri, hansı ki, Finnmarkda, Tromsda və Nurlandiyanın Şimalında yaşayırlar. CƏNUB saamiləri-Nurlandiyanın cənublarında, Trøndelagın şimalında və cənubunda, Hedmarkın şimalında. Luli saamiləri-Norlandiyanın TYSFJORD regionunda. Bu gün Saamilər ölkənin bir çox ərazilərində, o cümlədən Osloda da məskunlaşıb.

Saamilərin simvolları Saami bayrağı — Saamilərin hansı ölkədə yaşamasından asılı olmayaraq onları birləşdirən vasitədir. Saami bayrağı Saami rəssamı Astrid Bohl tərəfindən hazırlanır və 1986-cı ildə Saamilərin Konfransında təsdiqlənir.

Bayraq 4 rəngdən – yaşıl, sarı, mavi və qırmızı rəngdən ibarətdir. Bayrağın ortasındaki dairə həm şaman drumnun əksidir, həmçinin də günəşin və ayın rəmzidir. Çünki Saamilər günəşin və küləyin övladları adlandırırlar. Bu fikir məşhur Saami şairi Anders Fjellner "Paiven parneh" ("Sons of the Sun") poemasını yazandan və "bütün Saamilər günəşin oğulları və qızlarıdır" fikrini səsləndirdikdən sonra yaranıb.

Dil Saami dili Fin-Uqor dil ailəsinə aiddir. Bu dil ailəsinin digər üzvləri Fin, Eston, Karel, Macar dilləridir. Saami dillərinin bir neçə formaları vardır. Onlardan bəziləri bir-birini anlamayacaq qədər uzaqdır. Region üzrə bölsək: Cənubi sami; Mərkəzi sami(ŞİMAL SAMİ VƏ LULİ SAMİ) VƏ ŞƏRQİ SAMİ. Ən çox istifadə olunan şimal dialektidir. (daha çox şimalda məskunlaşdıqları üçün). Daha düzgün sayılır ki, Saami dili birdir, dialektləri ayrıdır.

Saami xalqı digər xalqlara qarşı çox qonaqpərvar və səxavətli yanaşır, yetər ki, həmin insanlar Saami adət-ənənəsinə və xüsusən dilinə hörmətlə yanaşsınlar. Saamilər dillərinə qarşı münasibətdə çox həssasdırlar. Hətta qədim Saamilər öz dillərinə bilən lakin təsərrüfatda çox da çalışqan olmayan insanları sevə-sevə tayfalarına qəbul edirdilər. Bu da onların dillərinə verdikləri dəyərdir.

Yaşayış evləri Saami mədəniyyətində, insanlar onlara təbiətin bir hissəsi olamağa imkan verən qaydalara şərtsiz əməl edirlər. Onlar bir yaşayış yerindən digərinə köçəndə əvvəlkində təbiətə heç bir daimi iz qoymadıqlarına əmin olurlar. Saamilərin istifadə etdiyi 2 sığınacaq növü var:daimi-(turf-hut adlanan daxma) və daşına bilən çadır. Onların hər ikisi təbii materiallardan tikilir. Hər ikisi dairəvidir və mərkəzində od yerləşən bir otaqdan ibarətdir.

Dairəvi evlər Hər bir şeyin və hər bir kəsin bu evdə qanuni yeri vardır. Qapıdan bir qədər aralı ərzaq və ehtiyat yeridir. Qalanmış od mərkəzdə, ərzaq qabları odun yanında olur. Çadırın arxasında açılan parça olur. Bu qədim zamanlardan müqəddəs yer sayılıb, xüsusən ayılar üçün daha doğrusu, kişilər ayı ovundan qayıdanda ovu məhz bu girişdən gətirirdilər. Ailədə hər kəsin öz yeri və öz yataq yeri var. Həmçinin, xidmətçilər və qonaqlar üçün də xüsusi yerlər var.

Çadır Çadır daha çox maral sürüləri ilə hərəkət edənlər üçün əsas yaşayış yeridir. Bu həm də açılması və daşınması asan olan evdir. Çadırın qurulması üçün ən ideal yer suya və yanacağa çixişi olan, yağışlı havadan qorunan və hətta torpağı insanlar qarşı ədalətli olan yerdir. Çadır düz yerdə qurulduqdan sonra ona üz çəkilir. Çəkilən üz toxunma da olur. Çadırın ən yuxarısında çadırı saxlayan dirəklər görüşən yerdə tüstüdən qorunmaq üçün nəfəslik vardır.

Ənənəvi gamme və turf-hut Saami ərazisində bol olan daşdan, fıstıq ağacından və torfdan hazırlanır. Gammenin müxtəlif formaları mövcud olmuşdur: ov və balıqçılıq-dağlarda istifadə üçün və yay ayları üçün sahil evləri. Evin xarici divarları küləkdən asılı olaraq əyilən iri ağac gövdələrindən hazırlanılırdı. Tozağacı və söyüd ağacı da bu konstruksiyaya əlavə olunurdu. Bu tozağacının zil səslərinin və hürüşmələrin səsini eşitdirmirdi. Torf qatı çadırın xarici üzündən çəkilir. Torrf evlərinin fərqliliyi onalrın 2 otaqlı ola bilməsidir. Belə ki, bu otaqlar dəhliz vasitısilə birləşir. Biri insanlar üçün, digəri heyvanların saxlanması üçün istifadə olunur. Gammenin tikmək üçün ən uyğun yer erkən yazın qarı əritdiyi sahələrdir. Saami evləri İniut və Eskimos evlərinə çox bəzənsələr də, həmçinin həm məişət, adət, həm də coğrafi uyğunlaşma fərqləri vardır. İqlu adlanan iniut evləri içəridən qarla bərkidilir və adətən günbəz şəkilli olur, mərkəzi hissəsində kudluk adlanan neft lampası bütün gecələri yanıq qalmalıdır. Yay çadırları isə karibu və dəniz pişiklərindən, balina qabırğasından, çay ağaclarından düzəldilir.

Bu evlər digər səmərəli cəhətlərindən biri insanın səhhətinə faydalı olmalarıdır. Saamilər digər Skandinaviyalı qonşuları kimi daha çox ürək xəstəliklərindən əziyət çəkirdilər, baxmayaraq ki, onlar 80 yaşlarında belə fiziki cəhətdən çox aktiv idilər. Onlar müalicə üsuları limi bu güdə ənənəvi ev üsullarından da istifadə edirlər. Bu fərqlərə baxmayaraq, onların hər biri bu gün müəyyən dərəcədə öz aktuallığını itirib. Bu gün bu evlər yalnız məzuniyyət keçirtmək üçün və bəzən maral sürülərinin keçidi zamanı istifadə olunur.

Milli Geyimləri Milli Saami geyimləri Saami koftası və jaketi adlanan geyimlərdən ibarətdir. Bəzi yerlərdə, məs. Karasyok və Kautokeino kimi bu geyimləri yaşlı insanlar gündəlik geyim kimi istifadə edir. Lakin bir çox yerlərdə bu sadəcə müxtəlif bayramlarda və seremoniyalarda geyilən geyimlərdir, tarixlərinin bir hissəsidir. Coğrafi aspektlərdən asılı olaraq milli paltarların dizaynı, rəng harmoniyası, hətta kəmərlərin və papaqların dekorasiyası belə dəyişkəndir.

Bu gündə tikilən geyimlər keçmişdə maral dərisindən hazırlanan əsas tarixi formaya əsaslanır. Maral ovu zamanı qadınlar onların dərisindən daha səmərəli istifadə üsulunu axtarırdılar. Və qadınlar maral dərisindən hazırlanan Pesk üstlüyünü fikirləşdilər. Bu geyimi hazırlamaq üçün hər bir geyimə 6 maral dərisi tələb olunurdu. Qadın peski kişi peskinə nisbətən daha uzun olurdu.

Qədim Saamilər maral dərisinin keyfiyyətinə böyük əhmiyyət verirdilər. Belə ki, onlar inanırdılar ki, bu dəridə onun nə zaman və hansı yaşda ovlandığı haqqında məlumat gəzdirilir. Həmçinin dərinin tipi onun uşaq və ya yeniyetmə geyimləri, ya pesk ya da uzun üstlük(plaş), ya da SKALLER kimi tanınan ayaqqabı üçün istifadə olunacağını müəyyənləşdirirdi.

Gakti-milli geyimin bir hissəsidir. Bu geyim də digərləri kimi daha çox təntənəli günlərdə geyinilir. Gaktinin rəngi, bəzək tikişləri və istifadə olunan bijuteriyaları geyinən insanın evil olub-olmaması, insanın hansı bölgədən olması barədə məlumat verir. Qədim zamanlarda Saamilər Gaktini maral dərisindən tikirdilər, bugünkü gündə müasir Saamilər yundan, pambıqdan və ipəkdən istifadə edirlər.

Milli geyimlərin içində ən məşhuru KAUTOKEİNO KOFTA(GAKTİ) adlanan geyimlərdir. Bu geyimlər həmçinin İsveç və Finlandiya Saamiləri tərəfindən də istifadə olunur. Bu geyim növləri rəngli qaytan və lentlərlə bəzədilir. Kişilər maral buynuzu və gümüş düymələrlə bəzədilən, qadınlar isə ya toxunma ya da sadəcə dəridən kəmər taxırdılar. Əgər qadının kəmərində ortasında gümüş kvadrat vardırsa, deməli o qadın evlidir. Kişilər ipək, qadınlar isə şal taxırlar. Bu da KAUTOKEİNO geyimlərini daha original və maraqlı edir.

Folklor və əl işləri

Saami folkloru Saami folklorunun əsasını nağıl və mif mədəniyyəti təşkil edir. Saamilər hər bir şeyin ruhunun olduğuna inandıqları üçün onların mifləri də təbiət, insanlar və heyvanlar haqqındadır. Stallo Chud kimi qəhrəmanlara yalnız Saami miflərində rast gəlinir. Stallo-çox qəddar trola bənzər insanları yeyən, çox zalım obrazdır. Digər qəhrəmanlardan biri Biegolmai-Külək adamdır, o insanlara mane olmağa çalışır, onlara Sapmi ərazisinə daxil olmağa imkan vermir. Lakin mifin sonunda Xeyir Şərə qalib gəlir.

Ən məşhur Saami mifi "İlk kəşfçi" adlanan mifdir. Bu mifdə Tjudes adlanan qəddar bir obraz balaca Saami oğlanı məğlub edə bilmir, oğlan öz ağlının gücü ilə həm özünü, həm də Saamiləri ölümdən qurtarır. Bu mif əsasında məşhur Saami rejissoru Nils Gaup "Veiviseren" filmini çəkmişdir.

Duodji Dəniz sahillərində yaşayan Saamilərin həyatları balıqçılıqdan asılı olduğu üçün qayıqlara, lassolara, kirşələrə və isti geyimlərə ehtiyacları vardı. Xüsusən, Finnmark ərazisində, harada ki, temperatur 500C aşağı olur.

Saamilərə yaşamaq üçün bu xammallar kifayət idi:dəri, sümük, buynuz, xəz, qabıq, ağac kökləri, yun və odun. Sanilər bütün bunları özləri əldə edirlər, bunu DUODJİ adlandırırlar. Duodji qədim Şimal Saami sözüdür. Bu SAMİ folk incəsənəti və əl işləri deməkdir. Zaman keçdikcə Saamilərə bağlı olan əl işləri, suvenirlər DUODJİ adı ilə satılmağa başladı.

Saami milli suvenerləri taxtadan, maral buynuzundan, sümükdən, qabıqdan hazırlanır və qadınlar onlara müxtəlif ağac və dərilərdən alınmış rəngləri vururlar. Belə ki, qadın Duodji rəssamları dəridən, kişi rəssamlar isə taxta, maral sümüklərindən istifadə edirlər. Həmçinin demək olar ki, bütün əl işlərinin üzərinə milli ornamentlər çəkilir… Əsas istifadə olunan rənglər mavi, sarı, qırmızı və yaşıldır(Saami bayrağının rəngləri). Duodji düzəldən rəssamlar rəsm sənətini Saamilərin milliliyi ilə harmoniyada təqdim etməyi bacarırlar. Əsas Duodji suvenerlərinə bıçaqlar, qadın çantaları, taxta fincanlar, Kuksa adlanan Saami fincanları və Gakti ornamentləri də aiddir.

Ənənəvi yeməklər Ənənəvi Saami yeməkləri təbiətdən qaynaqlanır: dənizdən, göldən və fyordlardan balıq. Marallardan ət, quşlardan yumurta və ət, bataqlıq və düzənliklərdən giləmeyvələr. Bu xammal ya qurudulma, ya hisə verilmə, ya da duzlanma yolu ilə yararlı vəziyyətə gətirilirdi. Təbii ki, əsas qida marallar sayılırdı. Belə ki, maralların həm ətindən, həm ürəyindən, həm beynindən, həm dəki qanından istifadə olunurdu.

BİDOS-mərasim yeməyi Bir çox Saami yeməkləri iri qazanlarda od ətrafında maral ətindən hazırlanır.

Ən tanınmış Saami yeməklərindən biri də BİDOS-du. Bidos az suda çox miqdarda maral ətindən köz üzərində hazırlanır. Bu ziyafət yeməyi sayılır.

Saamilərin yaşadıqları Şimal ərazilərdə coğrafi şərait heç də əkinçiyə uyğun deyil. Buna görə də onlar dənli bitkiləri, duzu, kofe və şəkəri də balıq məhsulları ilə əvəzləmişlər. 13-cü əsrdən başlayaraq qurudulmuş balıqdan "Rusiya unu" adlanan un əldə olunmağa başlandı. Və 18-ci 19-cu əsrlərdə digər Saamilər arasında da geniş yayıldı. Bu gün bu un Saamilər üçün əvəzedilməz ərzaqdır.

Saamillərin dini