Mirzə Yəhya xan Qaragözlü (?-1938) — Şamlı elinin Qaragözlü oymağından olan İranın mədəniyyət naziri.
Həyatı
Mirzə Yəhya xan Qaragözlü Həmədan şəhərində anadan olmuşdu. Hərbi məktəbdə oxumuşdu. Məktəbi bitirəndən sonra ordu sıralarına qatılmışdı.
Mirzə Yəhya xan Qaragözlü Etimadəddövlə ləqəbini daşıyırdı.
Mirzə Yəhya xan Qaragözlü Rza şah Pəhləvinin hakimiyyəti dönəmində İranın mədəniyyət naziri olmuşdu.
Ailəsi
Əlirza xan Bəhaülmülkün qardaşı, Əbülqasim xan Nasirülmülkün bacısı oğlu idi.
Mənbə
Ənvər Çingizoğlu, Qaragözlülər, "Soy" еlmi-kütləvi dərgi, 2010, №5, səh.66-79.
İstinadlar
Həmçinin bax
Şamlı eli Qaragözlü oymağı
Kateqoriya:Şamlılar Kateqoriya:Həmədanda doğulanlar Kateqoriya:İran nazirləri