Peter Stamm () — yazıçı, jurnalist.

Həyatı və yaradıcılığı 1963-cü ildə İsveçrədə anadan olmuşdur. Ticarət təhsildən sonra ingiliscə öyrənməyə başlasa da, sonra bir neçə semestr psixologiya, psixopatologiya və iqtisadi informatika üzrə oxumuşdur. Paris, Nyu-York və Skandinaviya ölkələrinə uzunmüddətli səfərləri olmuşdur. 1990-cı ildən isə sərbəst yazar və jurnalist olaraq çalışır. İsveçrə alman radiosu, Bremen radiosu və qərbi alman radiosu üçün çoxlu proqramlar hazırlamışdır. Bir teatr tamaşası, müxtəlif kitablara resenziyalar yazmışdır. 1997-ci ildən isə "Ədəbiyyat naminə məzəmmət" ədəbi jurnalının redaktorudur. "Agnes" (1998) adlı romanına görə 1999-cu ildə Rauris Ədəbiyyat mükafatına layiq görülmüşdür. 2018-ci ildə "Dünyanın sakin biganəliyi" kitabıyla yenidən mükafat qazandı. İsveçrənin Vintertur şəhərində yaşayır. Romanlardan başqa həm də, kiçik hekayələr yazmışdır. Əsasən, əsərlərinin başlıca mövzusu insan münasibətləri haqqındadır.

Əsərləri Aqnes (roman)

Mükafatları Heingau Literatur Preis — Heingau Ədəbiyyat Mükafatı Solothurner Literaturpreis — Solothurn Ədəbiyyat Mükafatı

İstinadlar

Kateqoriya:1963-cü ildə doğulanlar Kateqoriya:Dramlar