Əli Qafarov (; ) — Azərbaycan yazıçısı və kinodramaturqu, ssenari müəllifi.
Həyatı Əli Qafarov 1935-ci il oktyabrın 16-da Ukrayna Respublikası Dnepropetrovsk vilayətinin Sinelnikova şəhərində anadan olmuşdur. Qafarovlar ailəsi Lənkərana köçəndən sonra Əli şəhər orta məktəbini burada bitirmiş, 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filoloji fakültəsinə daxil olmuşdur.
1950-ci illərdə 3 illik Sibirə sürgün edilmişdir.
1962-ci ildən 1967-ci ilə qədər "Bakinski raboçi" qəzetində ədəbi işçi vəzifəsində çalışmışdır.Yazıçı və kinodramaturq Əli Qafarovun xatirə gecəsi keçirilib. 525-ci qəzet. — 2012. — 14 mart. — Səh.7.
Əli Qafarov 1979-cu il dekabrın 19-da, 44 yaşında faciəli şəkildə həlak olmuşdur.
Ailəsi Əli Qafarov millət vəkili Elmira Axundovanın qardaşıdır. Onların anası ukraynalıdır. Uşaqlığı Rusiyada və Lənkəranda keçib.
1960-cı ildə İrkutskdan olan Qalina xanımla ailə qurmuşdur. Leyla adlı qızı var.
Xatirəsi 12 yanvar 2016-cı ildə haqqında İTV-də "Yadigarlar" verilişi efirə getmişdir.
2026-cı ildə kinodramaturqun 90 illik yubileyi münasibətilə Azərbaycan Dövlət Film Fondunda xatirə gecəsi keçirilmişdir.
Yaradıcılığı Yazıçının həlakından sonra Moskvada onun hekayə və povestlərindən ibarət "Qızıl qaz" adlı kitabı ("Советский писатель" nəşriyyatı , 1984-cü il) çapdan çıxmışdır.
Yazıçının vəfatından sonra 1984-cü ildə Moskvada onun hekayə və povestlərindən ibarət "Qızıl qaz" adlı kitabı çapdan çıxmışdır.
Kitabları "Qızıl qaz", Moskva, "Советский писатель" nəşriyyatı, 1984-cü il.
Filmoqrafiya Çarvadarların izi ilə (film, 1974) Dirçəldilmiş torpaq (film, 1971) Fəhlə Gülbala Əliyev (film, 1971) Xəzər Atlantidası (film, 1975) Qızıl qaz (film, 1972) Mahnıya həsr olunmuş həyat (film, 1969) Mayılovlar ailəsi (film, 1977) Mülki müdafiə (film, 1969) Burada başlanmışdır (film, 1974) Odla təmasda (film, 1972) Sevinc sarayı (film, 1970)
İstinadlar
Xarici keçidlər Keçib gedən hər şey… — Fotolar Bu Azərbaycan filminin ssenaristi ölü tapıldı — "Naməlum kino"
Kateqoriya:Ssenaristlər Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycan dramaturqları