Məzmun Filmdə ruhi xəstəxanadakı xəstələrin taleyi işıqlandırılır. Fəridə (Həcər Ağayeva) adlı həkimin gəldiyi qənaətə görə, onun xəstəsi Gülzar (Nargilə Qəribova) heç də ruhi xəstə deyil. Fəridə bunu Gülzara sübut etməyə çalışır. Onunla birlikdə palataları gəzir və Gülzara əsl xəstələrlə onun arasında olan fərqi göstərməyə çalışır. Lakin Gülzar buna fikir vermək istəmir. Psixoterapiyadan əlacı kəsilən Fəridə qızın atası (Əbdül Mahmudov) ilə görüşməyə qərar verir. Bu görüşdən sonra Gülzarın psixi pozğunluğunun onun uşaqlıq xatirələri və şəbəkə ilə bağlı olduğu məlum olur.

Film haqqında Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi "Bu meydan, bu ekran" müsabiqəsi çərçivəsində çəkilmiş və bu müsabiqənin 2010-cu ildəki qalibi olmuşdur.

Filmin istehsalat konsepsiyası Gənc Film İstehsalçıları Assosiasiyasınındır.

Filmin texniki təchizat və post-prodakşn məsələlərini Butafilm kino şirkəti həll etmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər Ssenari müəllifi: Səbinə Hüseynli Quruluşçu rejissor: Kəmalə Rzayeva Quruluşçu operator: Rövşən Quliyev Quruluşçu rəssam: Törə Ağabəyova Bəstəkar: Firudin Allahverdi Rejissor: Ənvər Həsənov Redaktor: Ramiz Fətəliyev Qrim rəssamı: Cəmilə Məmmədova Səs rejissoru: Orxan Ağalarov Səs operatoru: Zaur Məmmədov Operator assistenti: İlham Babayev İşıq ustası: Tahir Bağırov Montaj rejissoru: İrakli Lomsadze Titrlər: Gülçin Axundlu Post-prodakşn üzrə koordinator: Ceyhun İbrahimoğlu Çəkiliş məkanları üzrə koordinator: Atamalı Həsənov Prodüser assistenti: Səbinə Abdullayeva Nəqliyyat üzrə koordinator: Tofiq Hüseynov Mətbuat üzrə katib: Lalə Əliyeva Çəkiliş texnikası üzrə icraçı prodüser: Vidadi Rüstəmov Filmin direktoru: Rövşən Ağayev Xətti prodüser: Olqa Şabanova Baş prodüser: Zemfira Babayeva

Rollarda Nargilə Qəribova — Gülzar Həcər Ağayeva — Fəridə Əhməd Salahov — Rüfət Əbdül Mahmudov — Gülzarın atası (Şeyx Əbdül kimi) Mehriban Xanlarova — Gülzarın xalası Aliyə Mikayılova — Qətibə Ramil Zeynalov — Fəridənin nişanlısı Rəna Axundova — 1-ci xəstə Zemfira Əbdülsəmədova — 2-ci xəstə Şəlalə Şahvələdqızı — 3-cü xəstə Məsumə Babayeva — 4-cü xəstə Küşvər Şərifova — 5-ci xəstə İmran Quliyev — 6-cı xəstə Nurbəniz Niftəliyeva — sanitar Əli Həsənov — sanitar

Filmi səsləndirənlər Elşən Rüstəmov — Rüfət (Əhməd Salahov) (titrlərdə yoxdur)

Çəkilişə köməklik edən qurumlar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Dəmir Yolları Butafilm

Çəkilişə kömək edənlər Arif Əsgərov (Azərbaycan Dəmir Yolları) İlqar Nəcəf (Butafilm)

İstinadlar

Xarici keçidlər Filmi izlə

Kateqoriya:2011-ci ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:Rusca filmlər Kateqoriya:Qısametrajlı bədii filmlər Kateqoriya:Dram filmləri Kateqoriya:Psixoloji filmlər Kateqoriya:Kəmalə Rzayevanın filmləri