"Karnaval gecəsi" () — rejissor Eldar Ryazanovun filmi.

Məzmun Mədəniyyət evinin işçiləri növbəti Yeni il şənliyinə hazırlaşırlar. Əyləncəli proqramda solo ifalar, rəqslər, sirk nömrələri, caz orkestrinin çıxışı, fokusçu və klounların çıxışları nəzərdə tutulub. Mədəniyyət evinin direktoru vəzifəsini icra edən Oqursov proqramla tanış olur. O, bu proqramı təsdiq etmir. Onun fikrincə, hər şey yüksək səviyyədə və ən əsası "ciddi" şəkildə olmalıdır. Oqursov öz proqramını təklif edir: əvvəldən nəzərdə tutulmuş məruzəçinin çıxışı və astronomun müharizəsi. Musiqi nömrələrindən isə klassik musiqi və "Mahnı və rəqs" ansamblının çıxışı ilə kifayətlənməyi təklif edir.

Lakin mədəniyyət evinin heç bir üzvü əvvəlki məşq olunmuş proqramı dəyişmək istəmir. Ələlxüsus onun əvəzində belə quru və darıxdırıcı "nömrələrin" göstərilməsinə heç kim razı deyil. Kollektiv Oqursovun planlarını dağıtmaq üçün əlindən gələni edir. Onlar müxtəlif hiylələrə əl atır, Oqursovun fikrini səhnədən yayındırır, onu çaşdırır və Yeni ili əvvəl nəzərdə tutulduğu kimi əyləncəli şəkildə qeyd edirlər.

Film haqqında Filmdə estrada artistləri Boris Qusakov, Yuri Qusakov, Şmelyova bacıları, Tamara Sokolova, Pyotr Pomazkov iştirak ediblər. Eləcə də "Beş dəqiqə" mahnısının ifası zamanı titrlərdə adları göstərilməyən Ella Olxovskaya və Roza Romanovskaya çıxış ediblər. Film 1956-cı ildə Sovet kinoprokatının lideri olmuşdur.

Filmin heyəti

Film üzərində işləyənlər Ssenari müəllifləri : Boris Laskin, Vladimir Polyakov Quruluşçu rejissor : Eldar Ryazanov Quruluşçu operator : Arkadi Kolsatı Quruluşçu rəssamlar : Konstantin Yefimov, Oleq Qrosse Bəstəkar : Anatoli Lepin Filmin direktoru : Valentin Maslov

Rollarda İqor İlyinski – Serafim İvanoviç Oqursov Lüdmila Qurçenko – Lena Krılova Yuri Belov – Qrişa Kolsov Georgi Kulikov – Usikov Sergey Filippov – mühazirəçi Olqa Vlasova – Romaşkina Andrey Tutışkin – mühasib Mironov Tamara Nosova – Tosya Gennadi Yudin – dirijor Boris Petker – kloun Vladimir Zeldin – kloun Valentin Brıleyev – Kostya Aleksey Polevoy – sehrbaz Semyon Xmelniski – Telegin A. Smetankina Vladimir Pisek – döşəməsilən Feliks Yavorski – xor dərnəyinin rəhbəri Anatoli Kirillov – özfəaliyyət iştirakçısı Yelizaveta Pokrovskaya – Liza Telegina Vladimir Qusyev – qırmızı pencəkli qonaq (titrlərdə yoxdur) Yuri Kireyev – stol arxasındakı oğlan (titrlərdə yoxdur) Valentina Uşakova (titrlərdə yoxdur) İnna Ulyanova – yaşıl donlu qonaq (titrlərdə yoxdur) Mariya Kravçunovskaya – qonaq (titrlərdə yoxdur) Viktor Geraskin (titrlərdə yoxdur) Zoya Xarabadze (titrlərdə yoxdur) İnna Myasnikova (titrlərdə yoxdur) Yuri Afanasyev (titrlərdə yoxdur) Lev Lobov – qonaq (titrlərdə yoxdur) Andrey Nikolayev (titrlərdə yoxdur)

Mənbə Ласкин, Б. С. Карнавальная ночь / Б. С. Ласкин, В. С. Поляков. — М. : Искусство, 1957. — 74 с. — 8000 экз.

İzlə Karnaval gecəsi — 10 ən yaxşı filmdən biri

Xarici keçidlər

Trailer and Screenshots

Kateqoriya:SSRİ filmləri Kateqoriya:Rusiya filmləri Kateqoriya:Bədii filmlər Kateqoriya:Komediya filmləri Kateqoriya:Musiqili filmlər Kateqoriya:Rəngli filmlər Kateqoriya:Rusca filmlər Kateqoriya:Kinorejissorların debüt filmləri Kateqoriya:Eldar Ryazanovun filmləri Kateqoriya:1956-cı ilin filmləri Kateqoriya:"Mosfilm" filmləri Kateqoriya:1956-cı ilin SSRİ filmləri Kateqoriya:SSRİ-nin komediya filmləri Kateqoriya:Romantik filmlər