Gədəbəy yatağı — Azərbaycanın Gədəbəy rayonu ərazisində dəniz səviyyəsindən orta hesabla 1500 metr yüksəklikdə Misdağ dağı ətrafında yerləşən qızıl-mis yatağıdır.
Tarixi Yataqda mədənçiliyin tarixi 2000 il əvvələ qədər gedib çıxır. 1849-cu ildə "Mextor Qardaşları", onun ardınca "Alman Simesn Qardaşları" tərəfindən istismarına başlanılmışdır. 1917-ci ildə Rusiya inqilabı ilə mədəndəki fəaliyyət dayanmışdır.
Yataqda açıq üsulla mədən fəaliyyətinə 2008-ci ildə "Anglo Asian Mining"in törəmə müəssisəsi Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti (ing. Azerbaijan International Mining Company — AIMC) tərəfindən bərpa olundu. Filizlərdən qızıl, mis, sink əldə edilməsi məqsədilə "heap leach" tipli zavod quruldu. İlk qızıl istehsalı isə 2009-cu ilin may ayında olmuşdur.Gedabek contrak area . angloasianmining.com
Hasilatın Pay Bölgüsü Yatağın qızıl ehtiyatı təxmini hesablamalara görə 22 000 t. dur. Yatağın işlənilməsi üçün ilk dəfə 1997-ci ildə Azərbaycanın "Azərqızıl" Dövlət Şirkəti ilə ABŞ-nin "R. V. İnvestment Group Services LLC" şirkəti arasında Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. Gədəbəy qızıl-mis layihəsi gəlirdə payı 51 faiz olmaqla Azərbaycan hökuməti ilə birlikdə həyata keçirilir. Payı 49 faiz olan Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti layihəyə rəhbərlik edir. Şirkət layihə üçün zəruri olan bütün kapitalı təmin edir.
Azərbaycan hökuməti tərəfindən təsdiq edilən və 2005–2009-cu illəri əhatə edən 4 illik İş Proqramı əsasında Gədəbəy, Qoşa və Ordubad kontrakt sahələrində geoloji-kəşfiyyat işlərinə başlanıb. Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti 2006–2007-ci illərdə Gədəbəy Kontrakt Sahəsində yerləşən eyniadlı qızıl-mis yatağında almaz və əks-sirkulyasiya üsulları ilə ümumi dərinliyi 17700 metr olan 146 kəşfiyyat quyusu qazmaqla yatağın filiz ehtiyatlarını qiymətləndirib. Quyuların maksimum dərinliyi 270 metr olub. Əksər quyularda yer səthindən 120 metr dərinlikdə filizləşmə zonası kəsilməsinə baxmayaraq, dərinlik üzrə etibarlı məlumat əldə etmək məqsədilə qazma işləri davam etdirilib. Layihəyə mal-material, iş və xidmətlər ilə bağlı 50-yə yaxın subpodratçı təşkilat cəlb olunub. Kəşfiyyat, tikinti-quraşdırma işlərinə və avadanlığa ümumilikdə 60 milyon dollardan çox vəsait sərf edilib.
Geologiyası Bu yataq qalınlığı 300 m-ə qədər olan Üst Bayosunun vulkanogen çökmə süxurların kompleksindən təşkil olunub. Bunlar litoloji tərkibcə tuflardan, tuf brekçiyalardan və tuf konqlomeratlardan ibarətdir. Yataq daxilində filiz kütlələri porfiritlərin lokallaşdığı sahələrdə inkişaf tapmışdır. Porfiritlər intensiv hidrotermal metasomatik dəyişilmələrə məruz qalmış və ayrı-ayrı yerlərdə kvarslaşma, xloritləşmə, epidotlaşma və kaolinləşmə ilə təmsil olunurlar. Yataqda aşkar olunmuş damar süxurları dolerit porfiritlərdən ibarətdir. Onlar şimal-qərb istiqamətində uzanmış daykalar əmələ gətirirlər. Daykalar da yan süxurlar kimi hidrotermal metasomatik dəyişmələrə məruz qalmışdır. Yatağın strukturunda qırılma strukturları xüsusəndə submeridianal istiqamətli qırılmalar geniş inkişaf etmişdir.Elnur İbiş oğlu Səfərov "Kiçik Qafqazın faydalı-qazınti yataqları" Bakı-2012
Mineralogiyası
Genezisi Gədəbəy yatağı keçmiş terminologiya "qızıl-mis-kolçedan" kimi təsvir edilmişdir. Lakin müasir dövrümüzdə həm yerli, həm də əcnəbi geoloqlar tərəfindən tamamilə fərqli terminalogiya istifadə olunur.Kula C. Misra, 2000. Understanding Mineral DepositsNoel C. White and Jeffrey W. Hedenquist. Epithermal gold deposits. Styles, characteristics and exploration. SEG Newsletter, 1995, No. 23, pp. 1, 9–13 Aparılan elmi tədqiqatlarla yatağın epitermal tipə aid olduğu sübut olunmuşdur. Mineraloji tərkib, dəyişilmənin müxtəlifliyi və digər süxusiyyətlər yatağın epitermal tipin hansı alt tipinə aid olmasında müəyyən qədər çətinlik yaratmışdır. Müxtəlif tədqiqatlarda həm orta, həm də yüksək sulfidli olduğu göstərilir.Hemon, 2013. The Gedabek quartz-adularia-pyrite altered, Cu-Au-Ag epithermal deposit, Western Azerbaijan; Lesser Caucasus: Geology, alteration, mineralisation, fluid evolution and genetic model. MSc Thesis
Həmçinin bax Zəfər yatağı
Qızılbulaq yatağı
İstinadlar
Xarici keçidlər Gədəbəy rayonu yeni qızıl yatağı tapılıb Milli.az
Kateqoriya:Azərbaycanın qızıl yataqları