Pretor (, — irəlidə getmək, idarə etmək) — Qədim Romada dövlət vəzifəsi. Tarixi dövrlərdən asılı olaraq bu vəzifənin məzmunu və funksiyası müxtəlif olmuşdur. İlkin respublika dövründə iki ali magistrat — konsul və diktator pretor adlandırılırdı. E.ə. 367-ci ildə Litsini-Seksti qanunlarına görə ali dövlət vəzifəsi konsul, ondan sonrakı ikinci dərəcəli vəzifə pretor adlandırılırdı və onun əsas səlahiyyətlərinə ancaq vətəndaşların işlərinə baxan şəhər məhkəməsi daxil idi. Konsul olmadıqda ali hakimiyyət onun səlahiyyətinə keçmiş olurdu.

E.ə. 242-ci ildən başlayaraq iki pretor seçilməyə başlanılır:Roma vətəndaşları arasındakı məhkəmə işlərinə rəhbərlik üçün, şəhər pretoru () və vətəndaş olmayan, gəlmə sakinlər üçün, eləcə də onlarla vətəndaşlar arasındakı məhkəmə işlərinə rəhbərlik üçün pretor ().

Sullanın zamanında pretorların sayı səkkizə, Sezarın vaxtında isə on altıya, imperiya dövründə isə on səkkizə çatmış olmuşdur.

Kateqoriya:Roma imperiyasındakı vəzifələr Kateqoriya:Qədim Romanın dövlət məmurları