Klarnet — nəfəslə çalınan musiqi alətiƏfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti — Klarnet . Simfonik orkestrin tərkibinə daxil olan əsas alətlərdən biridir.

Söz açımı Italyanca "clarinetto" — "kiçik klarina" deməkdir. Klarina isə (latınca "clarus" — aydın) XVIII əsrdə aydın, təmiz səsə malik olan yüksək registrli truba aləti idi.

Tarixçə Klarnet ağac nəfəs alətlərindən biri olub, 1690-cı ildə Nürnberqli alman musiqi ustası İohann Xristof Denner tərəfindən ixtira olunmuşdur. Artıq XVIII əsrdən etibarən müasir təkmilləşmiş formada orkestrlərin tərkibinə daxil olmuşdur. Solo, ansambl və eləcə də simfonik orkestrin ən başlıca ağac nəfəs aləti kimi geniş tətbiq edilir.

Quruluşu və diapazonu Silindr şəkilli boru formasındadır, birdilçəkli olub, klapanlar sistemi ilə təchiz olunmuşdur. Uzunluğu 70 sm olan borudan və qamış müştükdən ibarətdir və çoxlu sayda klapanlar vasitasilə çalınır. Onun diapazonu kiçik oktavanın "re" ("re b") notundan III oktavanın "lya" — "si b" notuna qədər davam edir. Klarnetin tembri registr bölgüsünə görə müxtəlifdir: aşağı registrdə daha tutqun; orta registrdə mülayim, ifadəli; yüksək registrdə işıqlı və cingiltili səslənir. Klarnet transpozisiyalı musiqi alətləri qrupuna aiddir. Orkestr və ansambllarda, adətən in A və in B kökündə klarnetlərdən istifadə edilir.

Növləri Dörd müxtəlif növü var: böyük klarnet kiçik klarnet bas blarnet — quruluşuna görə klarnet kimidir, yalnız iri həcminə və bir qədər dəyişilmiş formasına görə fərqlənir. İlk dəfə XIX əsrdə opera musiqisində, daha sonra simfonik musiqidə tətbiq olunmuşdur.Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti — Bas klarnet . bassethorn (alt klarnet).

Ünlü klarnetçalanlar Əşrəf Əşrəfzadə. Ata Atakişiyev Vəli Qədimov Vaqif Mirzəyev Şərbət Rzaquliyev Hüsnü Şənləndirici Hacı Həmidoğlu Zahid Sabirabadlı

İstinadlar

Həmçinin bax Ata Atakişiyev

Kateqoriya:Nəfəsli musiqi alətləri