Cahangir Rəcəb oğlu Gözəlov (16 dekabr 1909, Ağdam rayonu, Şıxbabalı kəndi – 7 sentyabr 1999, Bakı) – yazıçı, publisist, felyetonçu. 1935-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın əməkldar mədəniyyət işçisi (1969), Jurnalistlər Birliyinin "Qızıl Qələm" mükafatı lauriyatı (1977)Azərbaycan yazıçıları XX–XXI yüzillikdə (ensiklopedik məlumat kitabı). Bakı, Nurlar, 2011.. Rəcəb Gözəlovun oğludur.

Həyatı 1909-cu il, dekabrın 16-da Yelizavetpol quberniyasının Şuşa uyezdinin (indiki Ağdam rayonu) Şıxbabalı kəndində anadan olmuşdur. İbtidai təhsilini kənddə aldıqdan sonra Bakıda Müəllimlər Seminariyasını bitirmişdir. Azərbaycan Tibb Universitetini III kursadək oxumuş, ancaq səhhətinə görə təhsilini davam etdirə bilməmişdir.

Baş mətbuat idarəsində bir müddət müvəkkil işləmiş, yeni pedoqoji sahədə fəaliyyət göstərmişdir. Azərbaycan Dövlət Nəşriyyatının bədii ədəbiyyat şöbəsində redaktor (1935), Culfa beynəlmiləl dəmiryol orta məktəbində direktor (1936–1937), Ağcabədi rayon maarif şöbə müdiri (1938–1939), İsmayıllıda Diyallı kənd orta məktəbində direktor (1939–40), "Pioner" jurnalında məsul katib (1941), Ağdam 5 saylı beynəlmiləl orta məktəbində dərs hissə müdiri (1941–42) işləmişdir.

1942-ci ildən təqaüdə çıxanadək (1972) fasiləsiz olaraq "Kommunist" qəzetində çalışmışdır.

1999-cu il sentyabrın 7-də Bakıda vəfat etmişdir.

Mükafatları Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı — 14.12.1979C. R. Gözəlov yoldaşın Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 14 dekabr 1979-cu il tarixli Fərmanı — anl.az saytı Azərbaycan Jurnalistlər İttifaqının (1984) Azərbaycan Ali Soveti Rəyasət Heyətinin (1989)

Yaradıcılığı 1934-cü ildə "Gənc işçi" və "Ədəbiyyat" qəzetlərində ilk dəfə hekayələri çap olunmuşdur. Bundan sonra müntəzəm olaraq dövrü mətbuatda hekayələrlə çıxış etmişdir. 1939-cu ildə "Güllünün çayı" kitabçası müsabiqədə mükafata layiq görülmişdür. Felyeton, satirik hekayə ustası olmuşdur. Əsərləri "Kirpi", "Krokodil", "Ədəbiyyat və İncəsənət", "Bakı", "Azərbaycan gəncləri", qəzetlərində vaxtaşırı dərc edilmişdir.

Kitabları Qurd və keçi. Bakı, Uşaqgəncnəşr, 1934. 26s. Küsən dişlər. Bakı, Uşaqgəncnəşr, 1935. 29s. Seylan. (povest). I hissə. Bakı, Azərnəşr, 1938. 119s. Tülkü və dələ. Bakı, Uşaqgəncnəşr, 1938. 18s. Mollanın kələyi. Böyük yaşlı uşaqlar üçün. Bakı, Uşaqgəncnəşr, 1938. 30s. Güllünün çayı. Bakı, Uşaqgəncnəşr, 1940. 14s. Qurd və keçi. Bakı, Uşaqgəncnəşr, 1946. 12s. Günahkar müqəssirlər. Bakı, Birlik nəşriyyatı, 1958,173s. Müxtəlif əhvalatlar. Bakı, Azərnəşr, 1962. 144s. Cəncəl adamlar. Bakı, Azərnəşr, 1964. 205s. Bibim, qaqaşım Ququş və xortdan (hekayələr və felyetonlar). Bakı, [s.n.], 1971. 282s. Gecəquşu (nağıl). Bakı, Gənclik, 1971. 14s. Felyetonlar. Bakı, Azərnəşr, 1977. 280s Yarasa. Bakı, Gənclik, 1979. 18s. Qara cücə. Bakı, Uşaqgəncnəşr, 1979. Yol ayrıcında söhbət (hekayələr). Bakı, Yazıçı, 1984. 195s Seylan. Bakı, "Azərnəşr", 1989. 204s. Xallı (hekayələr). Bakı, "Gənclik", 1990. 40s

İstinadlar

Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Publisistlər Kateqoriya:Ağdamda doğulanlar Kateqoriya:1909-cu ildə doğulanlar