Yumurtalıq () — cüt üzvlərdən olub kiçik çanaq, uşaqlığın yan tərəflərində, enli bağın arxasında yerləşmişdir. Həddi-büluğa çatmışlarda bunun şəkli yastılaşmış ellipsoidə bənzəyir. Uzunluğu 3,0–5,0 sm, eni 1,5–3,0 sm, qalınlığı0,7–1,5 sm və çəkisi5,0–8,0 qram olur. Əksər hallarda sağ yumurtalıq sol yumurtalıqdan böyük olur. Xarici səthi zəif qabarıq, rəngi çəhrayı və ağımtıldır.
Quruluşu Yumurtalığın bayır və içəri səthi (), çıxıq azad kənarı — və düz çöz (müsariqə) kənarı — , yuxarı bor ucu — və aşağı uşaqlıq ucu — vardır. Azad kənarı arxaya çevrilmişdir, müsariqə kənarı önə doğru baxaraq uşaqlığın enli bağına bitişmişdir. Burada qan damarlarına məxsus yumurtalıq qapısı — vardır. Boru ucu uşaqlıq borusunun qarın ağzına və uşaqlıq ucu uşaqlığa baxır və onun ilə xüsusi bağ — vasitəsilə birləşir. Yumurtalıqların xarici səthləri periton ilə örtülü deyildir; bunların üzərində maya epiteli — adlanan bir təbəqə kubabənzər və ya alçaq silindrə bənzər epitel hüceyrələri vardır. Maya epiteliyumurtalığın üzərində uşaqlığın enli bağına keçir; bu bağın həmin hissəsinə yumurtalıq müsariqəsi — deyilir. Bu müsariqə də digər müsariqələr kimi iki qat peritondan təşkil olunmuşdur və arasında yumurtalığa məxsus damarlar yerləşmişdir. Yumurtalığın maya epitelinin altındasıx lifli birləşdirici toxumadan əmələ gəlmiş ağlı qişa — vardır. Yumurtalığın kütləsi iki növ maddədən — qabıq maddədən və ya parenximatoz məntəqədən — və beyin maddədən və ya damarlı məntəqədən — ibarətdir. Qabıq maddə beyin maddədən çox sıxdır və xeyli əhəmiyyətə malikdir, çünkı burada yumurtalığın vəzi ünsürləri olur.
Follikullar Yumurtalığın qabıq maddəsi uşaqlarda ilk follikullar — ilə dolu sıx lifli birləşdirici toxumadan təşkil olunmuşdur. Bunların miqdarı 100 minə qədər olur. Həddi- büluğa çatdıqda onların miqdarı 35 minə qədər azalır. Həddi-büluğ dövründə olan follikulların təxminən dörd yüzü tam mənası ilə inkişaf edərək mayalanmağa qabil olur; qalanları inkişaf etməyib məhv olur. İlk follikul birləşdirici toxuma qişası ilə əhatə olunmuş bir qrup hüceyrələrdən ibarətdir. Hər follikulun mərkəzində bir cinsiyyət hüceyrəsi — yumurta — yerləşmişdir. Cinsiyyət hüceyrəsi başqa follikul hüceyrələrindən həcm və quruluş cəhətcə tam ayrıdır. Bir az sonra follikul daxilində, epitel hüceyrələrinin arasında şəffaf follikul mayesi — meydana çıxır. Bu maye follikul ətrafındakı damarlardan çıxan bir transudantdır. Follikul maye çoxaldıqca mərkəzi vəziyyət alır, follikulun epitel hüceyrələrini mühitə doğru sıxışdırır və nəticədə həmin hüceyrələr follikul qişasının daxili səthini sıra ilə örtür. Bu cür əmələ gəlmiş qata dənli qat — deyilir. Follikul epitelinin bir qismi bir nöqtədə toplaşaraq yumurtaya məxsus təpəcik — əmələ gətirir; bunun üzərində də yumurta hüceyrəsi yerləşmiş olur. Yumurtaya yaxın follikul epiteli şüalı tac təşkil edir. Follikulun birləşdirici toxuma qişası — iki qatdan ibarətdir: xarici yaxud lifli qat və daxili yaxud damarlı qat. Bu üsul ilə ilk follikul inkişaf edir və nəticədə yetişmiş qovuğabənzər follikul — Qraaf qovuqcuğu — hasil olur. İlk follikul gözlə belə görünmür, qovuğabənzər follikul isə 5–12 mm böyüklüyündə olur.
Yumurta
Ovulyasiya Qovuğabənzər follikul böyüdükdə ilk dəfə qabıq maddədən uzaqlaşır və beyin maddəyə daxil olur, sonra yetişənə yaxın çox genişləndiyi üçün qabıq maddəyə çatır və yavaş-yavaş yumurtalığın xarici səthinə yaxınlaşır, yetişmiş follikul yumurtalığın üzərində nazik bir təbəqə qalır və onun üzərində tünd ləkə kimi gözlə görünən kiçik bir qabarçıq əmələ gətirir. Qovuğabənzər follikul tamamilə yetişdikdən sonra qabarcıq partlayır və onun möhtəviyyatı: follikul mayesi, yumurta hüceyrə və şüalı tacı əmələ gətirən epitel hüceyrələr periton boşluğuna atılmış olur. Bu prosesə, yəni yumurtanın yumurtalıqdan çıxmasına ovulyasiya yaxud yumurtlama — deyilir. Azad olmuş yumurta uşaqlıq borusu qıfının saçaqlarının () və yumurtalıq epitelinin ehtizazı nəticəsi olaraq uşaqlıq borusunun qarın dəliyinə doğru hərəkət edir və nəhayət boruya keçir.
Qırmızı sarı və ağımtıl cisimlər Qovuğabənzər partladıqdan sonra onun divarları büzüşür və boşluğu partlamış damarlardan axan qan ilə dolur. nəticədə qovuqcuğun yerində qırmızı cisim — əmələ gəlir. bir tərəfdən qanın azalması və digər tərəfdən follikul hüceyrələrində lipoidin olması həmin cismi saraldır; ona görə sonradan sarı cisim — adlanır. Həqiqi sarı cisim hamiləliyin sonunadək, qeyri həqiqi cisim isə 6–8 həftəyədək qalır. Yavaş-yavaş burada olan damarlar itir, nəticədə sarı cisim rəngini itirərək ağarır və ağımtıl cisim — adlanır. Beləliklə hər bir qovuğabənzər follikulun yerində birər çapıq qalır.
Fiksasiyası Yumurtalığı fiksasiya edən bağlar ikidir: Yumurtalığın xüsusi bağı — lifli toxumadan və saya əzələ liflərindən ibarət olub, yumurtalığın uşaqlıq ucunu yşaqlığın yan kənarının yuxarı ucu ilə birləşdirir. Yumurtalıq asılan bağ — peritondan təşkil olunmuş bir büküşdür; daxilində yumurtalıq damarları və saya əzələ lifləri vardır. bu bağ ümumi qalça arteriyasının şaxələnən yerində və kiçik çanağın hüdudu cizgisindən başlayıb aşağı enir və oma-qalça oynağının önündən keçərək yumurtalığın boru ucuna və uşaqlıq borusunun qarın ağzına çatır.
Vaskulyarizasiya və innervasiyası 250px|thumb|left|Uşaqlıq və yumurtalıq arteriyaları 300px|thumb|right|Uşaqlığın və yumurtalığın vaskulyarizasiyası Yumurtalığa arterrial qan iki mənbədən: uşaqlıq arteriyasından () və yumurtalıq arteriyasından () gəlir. Venoz qan kiçik venalara yığışır; bunlar xaricə çıxaraq yumurtalıq kələfini — əmələ gətirir. Buradanda qan yumurtalıq venasına və uşaqlığın venoz kələfinə () keçir. Limfa yumurtalıqdakı limfa kapilyar torundan yığışaraq limfa damarları vasitəsilə yumurtalıq qapısından xaricə çıxarılır; bu damarlar qan damarları ilı bərabər yumurtalıq asılan bağın içərisilə yuxarı gedərək bel və aorta limfa düyünlərinə açılır. Yumurtalıq öz sinirini yumurtalıq kələfindən () alır. Buradan çıxan sinirlər yumurtalıq qapısından daxil olaraq, onun beyin və qabıq maddələrinə şaxələnir.
Həmçinin bax
Spermatozoid Yumurta
Kateqoriya:Anatomiya Kateqoriya:Embriologiya Kateqoriya:Qadın cinsiyyət üzvləri Kateqoriya:Endokrin sistemi Kateqoriya:Çoxalma Kateqoriya:Ginekologiya