Dizaltı arteriya () — bud arteriyasının ardı olub, dizaltı çuxurda yerləşmişdir. Yaxınlaşdırıcı kanalın aşağı dəliyi səviyyəsində başlayaraq dizaltı əzələnin və diz oynağının kapsulunun arxa səthi ilə aşağıya doğru gedir və dizaltı əzələnin aşağı kənarına çatır. Dizaltı arteriya dizaltı çuxurda vena və sinirlərə nisbətən ən dərində yerləşmişdir. Dizaltı vena — dizaltı arteriyanın bayır və arxa tərəfində, qamış siniri — isə bir az səthdə və bayır tərəfdə yerləşmişdir. Belə ki, səthdən getsək, əvvəlcə bayır tərəfdə və səthdə qamış sinirinə, bir az içəri tərəfdə və dərində dizaltı venaya və ondan da bir az dərində və içəri tərəfdə dizaltı arteriyaya rast gəlinir. Şaxələri Uc şaxələri Dizaltı arteriya dizaltı əzələnin aşağı kənarında iki uc şaxəyə bölünür: Ön qamış arteriyas — ; Dal qamış arteriyas — . Dizaltı arteriya uc şaxələrdən başqa dahaiki növ: əzələ və oynaq şaxələri verir.

Əzələ şaxələri Əzələ şaxələri özlüyündə iki qrupa bölünür: yuxarı və aşağı. Yuxarı əzələ şaxələri baldırı bükücü əzələlərin, budu yaxınlaşdırıcı böyük əzələnin və enli əzələnin aşağı uclarını qidalandırır və ilə anastomozlaırlar. Aşağı əzələ şaxələri isə () dizaltı əzələni, baldırın üçbaşlı əzələsinin yuxarı hissəsini, dizaltı çuxur fassiyasını və dərini qidalandırır.

Oynaq şaxələri Dizaltı arteriyanın oynaq şaxələri beşdir: Dizin bayır yuxarı arteriyası — ; Dizin içəri yuxarı arteriyası — ; Dizin orta arteriyası — ; Dizin bayır aşağı arteriyası — ; Dizin içəri aşağı arteriyası — . Bu damarlar diz oynağı kapsulunda şaxələnərək bir-birilə anastomozlaşırlar və diz oynağı torunda iştirak edirlər.

Klinik əhəmiyyəti Təcili surətdə qanaxmanı saxlamaq üçün dizaltı arteriya əl ilə dizaltı çuxurun ortasına sıxılır, ya da dizaltı çuxura tampon qoyduqdan sonra qıç diz oynağında bükülmüş vəziyyətdə sarınır. Dizaltı arteriyada nəbzi təyin edərkən baldır bir qədər bülülməlidir. Cərrahi müdaxilə zamanı dizaltı arteriyanı əldə etmək məqsədilə kəsik dizaltı çuxurun boylama oxu üzrə vertikal istiqamətdə 10-12 sm uzunluğunda aparılmalıdır.

İstinadlar

Mənbələr Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979 Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy Р. Д. Синельников. Атлас анатомии человека (4 тома) Anatomy: Embryologie

Kateqoriya:Arteriyalar Kateqoriya:Aşağı ətraf arteriyaları