Ariel Şaron (; ) — İsrailin keçmiş baş naziri, diplomat. Müxalif Kadima Partiyasının qurucusu və ilk lideri olub.
Həyatı 4 yanvar 2006-cı ildə Ariel Şaron beyin qanaması keçirərək xəstəxanaya aparıldı. Ehud Olmert baş nazirliyə təyin edildi. Bu tarixdən sonra Ariel Şaron bir daha şüurunu qazana bilmədi. Səkkiz illik komadan sonra Ariel Şaron 11 yanvar 2014-cü ildə vəfat etdi. O, dövlət dəfn idi və onun təsərrüfat üzrə növbəti ikinci həyat yoldaşı Lilly dəfn edilmişdir.
Fəaliyyəti Ariel Şaron 1982-ci ildə Livan vətəndaş müharibəsi zamanında müdafiə naziri vəzifəsində idi. Müşahidəçilər İsrailin gözləri önündə həyata keçirilən Səbra və Şətila qırğınından Ariel Şaronu günahkar bilirdilər. Ariel Şaronun 2000-ci ildə Qüdsdəki El Aska məscidinə ziyarəti və verdiyi bildiriş fələstinlilərin 2-ci İntifadasının başlanmasına səbəb oldu.
Ariel Şaron mart 2001-ci ildən aprel 2006-cı illər arasında baş nazir vəzifəsində çalışdı. Fələstin probleminə gəncliyinə görə daha mülayim bir yanaşma sərgilədi. 2004-cü ildə İsrailin fələstinlilərlə razılaşma stoluna oturmadan tək tərəfli bir şəkildə Qəzzadan geri çəkilməsinə qərar verdi. Bu qərar Ariel Şaronun başçısı olduğu Likud Partiyasında xüsusilə köhnə baş nazir Benjamin Netanyahunun liderliyindəki bir qrupun müxalifətinə gətirib çıxardı. Bu səbəbdən Ariel Şaron özüylə eyni fikirdəki bir qrup siyasətçiylə birlikdə Likuddan ayrılaraq Kadima Partiyasını qurdu.
İstinadlar
Kateqoriya:İsrail siyasətçiləri Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:Aşkenazi yəhudiləri Kateqoriya:Likud liderləri Kateqoriya:İsrail siyasi partiyalarının liderləri Kateqoriya:İsrailin xarici işlər nazirləri Kateqoriya:İsrailin müdafiə nazirləri Kateqoriya:İsrailin kənd təsərrüfatı nazirləri